Antti Amatus Aarne (; ) — Finlandiya folklor tədqiqatçısı, filoloq, süjetlərin sistemləşdiricisi.
Həyatı Antti Amatus Aarne 5 dekabr 1867-ci ildə anadan olmuşdur. O, folklor nümunələrinin müqayisəli təhlili və təsnifatı metodologiyasını işləyib hazırlamışdır. Aarnenin nəzəri prinsipləri sxematikliyi və formalizmi ilə seçilir. O, "Nağıl növlərinin əsas indeksi"ni tərtib etmişdir (1910). Aarne "Nağılların müqayisəli tədqiqinin əsasları" (1913), "Nağıllara dair ədəbiyyata baxış" (1914), "Tapmacaların müqayisəli tədqiqi" (1918) əsərlərinin müəllifidir. Onun indeksi əsasında Nikolay Andreyev rus dilində "Aarne sisteminə görə nağıl süjetləri indeksi"ni (1929) tərtib etmişdir.Энциклопедический словарь. 2009. ААРНЕ Антти.
İstinadlar
Xarici keçidlər Преподаватели Хельсинкского университета
Kateqoriya:Finlandiya alimləri