Ənsar ul-İslam və ya Ənsar əl-İslam () ‎ — kürd islamçı yaraqlı və separatçı qrupdur. O, 2001-ci ildə Əfqanıstandan qayıdan keçmiş Taliban və keçmiş Əl-Qaidə üzvləri olan kürd islamçılar tərəfindən Kürdüstan bölgəsi ətrafında Şimali İraqda yaradılıb. Onun məqsədi Kürdüstan bölgəsi ətrafında İslam dövləti yaratmaq və kürdləri qorumaqdır.

Rəhbəri Fərəc Əhməd Nəcməddindir.17 задержанных террористов по всей Европе — «планировали теракт в Северной Европе».. yle.fi. Служба новостей Yle (12 ноября 2015). Дата обращения: 12 ноября 2015. Təşkilat İslam Dövlətinin müttəfiqidir və Avropa kəşfiyyat orqanlarının məlumatına görə, Avropa İttifaqının bir çox ölkələrində öz hücrələri var.Центральная криминальная полиция опровергает информацию о задержании в Финляндии террориста.. yle.fi. Служба новостей Yle (12 ноября 2015). Дата обращения: 12 ноября 2015.

Tarixi "Ənsarül-İslam" 2001-ci ildə İran sərhədinə yaxın Hələbcə şəhəri ətrafında 10-a yaxın kəndə nəzarət edirdi. 4 "Qrad" qurğusu və dörd 106 mm-lik silahla təchiz edilmiş 600–700 nəfərdən ibarət silahlı dəstələri vardı.

2001-ci ilin fevralında "Ənsarül-İslam" təxribatçıları Kürdüstan Demokratik Partiyasının rəhbər simalarından Franso Həririni öldürmüşdür. 23 sentyabr 2001-ci ildə "Ənsarül-İslam" Həmada bir kəndə girmiş, burada 25 peşmərgə döyüşçüsünü əsir götürmüş və onları edam etmişdir. Cəlal Talabaninin əmri ilə 12 min peşmərgə döyüşçüsü dərhal yaraqlılara qarşı göndərmişdir.

2019-cu ilin martında onlar Suriyanın şimalındakı türk qüvvələrinə birbaşa hücuma başladılar.

İstinadlar

Kateqoriya:Əl-Qaidə Kateqoriya:Cihad qruplaşmaları Kateqoriya:Suriyada vətəndaş müharibəsi Kateqoriya:İslamizm