Azərbaycan Dövlət Pedaqoji Universiteti və ya qısaca ADPU — pedaqoji kadrların hazırlığı ilə məşğul olan dövlət ali təhsil müəssisəsi.
Tarixi Azərbaycan Pedaqoji İnstitutu Azərbaycan SSR Xalq Komissarları Sovetinin (XKS) sədri Nəriman Nərimanovun imzaladığı 1921-ci il 26 avqust tarixli dekret əsasında 6 nəfər tələbə ilə alitəhsilli müəllim kadrları hazırlamaq üçün təsis edilib. Onun ilk buraxılışı 1923–1924-cü tədris ilində olmuşdur. İlk dövrlərdə Ali Pedaqoji Kişi və Ali Pedaqoji Qadın İnstitutları kimi fəaliyyətə başlasa da, Azərbaycan Pedaqoji İnstitutu XX əsrin 90-cı illərində Azərbaycan Dövlət Pedaqoji Universiteti adını alıb. 1927–1929-cu illər və 1941–1943-cü illərdə fəaliyyəti dayandırılmış, Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) ilə birləşdirilmişdir.
Abdulla Şaiqin təşəbbüsü ilə yaradılan ilk anadilli məşhur "Nümunə Məktəbi" də ADPU-nun nəzdində fəaliyyət göstərib. Məktəbin direktoru Qafur Əfəndizadə (Qantəmir) idi. thumb|left|ADPU-nun möhürü. 1926-cı il. Möhürün kənar dairəsində əski əlifba ilə Azərbaycanca "Xalq Maarif Qomissarlığı. Azərbaycan Birinci Ali Darülfünunu." İkinci dairədə rusca "Azərbaycan Pedaqoji İnstitutu" yazıları qeyd olunub. Mərkəzində isə AzSSR ulduz üzərində çəkic və oraq təsvir olunmuşdur. Aypara və ulduzun ətrafında güman olunur ki, "Bütün ölkələrin proletarları, birləşin!" və "A. İ. Ş. C" yazıları qeyd olunub. 1991-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu ali məktəbə universitet statusu verilmişdir.
İnstitutun ilk direktoru Odessa Universitetinin məzunu Fətulla bəy Rzabəyli, direktor müavini Tiflis Müəllimlər İnstitutunun məzunu Həbib bəy Mahmudbəyov olmuşdur.thumb|right|1926-cı ildə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu tərəfindən Şuşa sakini Məhəmmədzadə Bəhmən Qərim oğluna verilmiş Şəhadətnamə. Şəhadətnamənin yuxarısında Xalq Maarif Komissarlığının emblemi, sənədin sonunda isə ADAPİ-nin (ADPU) möhürü var. Şəhadətnamənin surəti M. Mərdanov "Azərbaycan Təhsil Tarixi". II cild, ("Təhsil" nəşriyyatı, Bakı — 2011, 702 səh.) kitabının 442-ci səhifəsindən götürülüb.
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ölkə prezidentinin 26 noyabr 2015-ci il tarixli Sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) ADPU-ya qoşulması və onun filiallarının da ADPU-nun strukturuna daxil olması nəticəsində ADPU ölkədə pedaqoji kadr hazırlığı ilə məşğul olan vahid ixtisaslaşmış ali təhsil müəssisəsinə çevrilmişdir."Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə" Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli 1582 nömrəli Sərəncamı. e-qanun.az, Bununla yanaşı Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli qərarı ilə Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə (ADPK) birləşdirilməklə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci kimi fəaliyyət göstərməyə başlayıb. Həmçinin ölkə prezidentinin 2016-cı il 29 aprel tarixli Sərəncamı ilə ADPU-nun Qazax filialı Bakı Dövlət Universitetinə, Zaqatala filialı isə Azərbaycan Dövlət İqtisad Universitetinə verilib. Hazırda ölkənin 5 müxtəlif regionunda ADPU-nun Şəki, Quba, Ağcabədi, Cəlilabad və Şamaxı filialları fəaliyyət göstərir. Azərbaycan Respublikası Təhsil nazirinin 20 iyul 2016-cı il tarixli əmri ilə Bakı şəhərindəki Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb 2016–2017-ci tədris ilindən etibarən ADPU-nun baza məktəbi kimi müəyyən olunub.
Azərbaycanın 3-cü prezidenti Heydər Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə kollektivi ilə görüşlərinin birində demişdir:
200x800px|thumb|right|alt="Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı|"Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)" yubiley medalı Universitetin 50 illik (28 fevral 1973)., 60 illik (23 dekabr 1981), 85 illik (2006-cı il), 90 illik (20 aprel 2012) və 100 illik (17 dekabr 2021) yubileyləri dövlət səviyyəsində yüksək səviyyədə keçirilmişdir. 50 və 60 illik yubileylərində Azərbaycan SSR MK birinci katibi Heydər Əliyev iştirak etmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2022-ci il tarixli 302 nömrəli "Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərarı ilə universitet Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxsə çevrilmişdir.
Adları Ali Kişi Pedaqoji İnstitutu (1921–1924-cü illər) Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutu (1924–1927-ci illər) V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (19 iyun 1930-cu il — 19 sentyabr 1941-ci il; 01 oktyabr 1943-cü il — 01 aprel 1991-ci il) V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji Universiteti (01 aprel 1991-ci il — 26 noyabr 1991-ci il) Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universiteti (26 noyabr 1991-ci il — 2000-ci illər) Azərbaycan Dövlət Pedaqoji Universiteti (2000-ci ildən indiyədək)Rüstəmov F. A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
Rektorları Fətulla bəy Əziz oğlu Rzabəyli (1921–1924) Məmməd Rəşid oğlu Əfəndiyev (1924–1925) Həbib bəy İbrahimxəlil oğlu Mahmudbəyov (1925) Şarif Əhmədzyanoviç Manatov (1925–1926) Cəlil Məmməd oğlu Məmmədzadə (1926–1927) Pənah Ələkbər oğlu Qasımov (01.09.1929–10.12.1930) Məmməd Abbas oğlu Bayramov (10.12.1930–22.02.1933) Bəşir Nurəli oğlu Bünyatov (22.02.1933–21.12.1933) Mirzə Sultan oğlu Məmmədov (21.12.1933–25.05.1936) Mirzə Davud Məsim oğlu Rəsulzadə (26.05.1936–31.02.1937) Hüseyn Məmməd oğlu Musayev (31.01.1937–07.10.1937) Aqil Qasım oğlu Salayev (22.11.1937–27.11.1939) Camal Əhməd oğlu Əliyev (22.11.1939–14.03.1940) Ələsgər Mahmud oğlu Həşimov (14.03.1940–13.01.1942) Ağamməd Səməd oğlu Abdullayev (01.10.1943–18.01.1944) Məmməd Həmid oğlu Ələkbərov (01.01.1944–03.06.1944) Əhməd Yusif oğlu Seyidov (24.06.1944–07.05.1950) Cəfər Xəndan Hacıyev (07.05.1948–16.08.1950) Mehdi Məmməd oğlu Mehdizadə (19.08.1950–14.12.1951) Həmid Musa oğlu Qədirov (14.12.1951–24.06.1954) Cəbrayıl Ağaəli oğlu Ələsgərov (28.06.1954–19.12.1956) Mehdixan Yusif oğlu Vəkilov (19.12.1956–17.09.1962) Mehdi Sadıq oğlu Əliyev (17.09.1962–03.02.1965) Şövqi Süleyman oğlu Ağayev (11.02.1965–14.07.1970) Həşim Nizam oğlu Ağayev (14.07.1970–05.08.1981) Afad Məhəmməd oğlu Qurbanov (01.07.1981–06.04.1989) Səlvər Riza oğlu Aslanov (07.04.1989–09.03.1994) Nizami Manaf oğlu Xudiyev (10.03.1994–05.09.1996) Bəhlul İsfəndiyar oğlu Ağayev (06.09.1996–21.04.2006) Yusif Əbülfət oğlu Məmmədov (21.04.2006–06.05.2016) Cəfər Məmməd oğlu Cəfərov (23.07.2016–h.h.)Rüstəmov F. A. "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". Bakı, "Elm və təhsil", 2019, 304 səh.
Tanınmış məzunları
Azərbaycanda yüzlərlə tanınmış alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi ADPU-da təhsil almışdır. Universitetin məzunlarından Mikayıl Müşfiq, Budaq Budaqov, İsmayıl Şıxlı, Həsən Mirzə, Əli Nağıyev və digər yüzlərlə şəxsiyyətləri göstərmək olar. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 11 prezidentinin 4-ü – Yusif Məmmədəliyev (2 dəfə), Zahid Xəlilov, Həsən Abdullayev, İsa Həbibbəyli, 3 vitse-prezidenti – Heydər Hüseynov, Zahid Xəlilov, Əlisöhbət Sumbatzadə və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır. Sovet İttifaqı Qəhrəmanları — Mehdi Hüseynzadə, Xıdır Mustafayev, Fariz Səfərov, Səlahəddin Kazımov, Sosialist Əməyi Qəhrəmanları — Səfa İmanov, Zərbəli Səmədov, Rüstəm Səfələliyev, Azərbaycanın Milli Qəhrəmanları Mirələkbər İbrahimov, Mətləb Quliyev, Şakir Salahov, "Azərbaycan Bayrağı" ordenli Malik Bayramov, Orxan Nəbiyev, Firdovsi Tahirov universitetin məzunlarıdırlar.
Həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və məzunları Vətən müharibəsində yaxından iştirak edib. Universitetin 8 tələbəsi və yüzlərlə məzunu Vətən müharibəsi qazisi, 16 tələbə və məzunu Vətən müharibəsi şəhidi, 1 məzunu isə 2022-ci ilin Sentyabr döyüşləri şəhididir.
Vətən müharibəsindəki şəhid tələbə və məzunları: Firdovsi Tahirov — Tarix və coğrafiya fakültəsinin 2019-cu il məzunudur. Rəvan Lətifov — "Təhsilin təşkili və idarə olunması" ixtisasının 2012-ci il məzunudur. Ceyhun Nüsrətli — Kimya və biologiya fakültəsinin 2016-cı il məzunudur. Qoşqar Ömərov — Riyaziyyat fakültəsinin 2015-ci il məzunudur. Etiram Hüseynli — İncəsənət və fiziki tərbiyə fakültəsinin 1998-ci il məzunudur. Orxan Nəbiyev — Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasının 2016-cı il məzunudur. Elgün Əzizov — Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasının 2011-ci il məzunudur. Ağaqardaş Abbasov — Ağcabədi filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 2013-cü il məzunudur. Arəstə Baxışova — Vətən müharibəsinin yeganə xanım şəhidi. ADPK-nın "İngilis dili" ixtisasının 2005-ci il məzunudur. İlkin Ağaquliyev — ADPK-nın "Fiziki tərbiyə müəllimliyi" ixtisasının 2019-cu il məzunudur. Cilingir Nəbiyev — ADPK-nın "Texnologiya müəllimliyi" ixtisasının 2015-ci il məzunudur. Elvin Zakirov — İncəsənət və fiziki tərbiyə fakültəsinin 2001-ci il məzunudur. Əli Ələsov — "Təhsildə sosial-psixoloji xidmət" ixtisasının 2016-cı il məzunudur. Tural Dəmirçiyev — "Menecment" ixtisasının 2014-cü il məzunudur. Vüqar Əsgərov — 2012-ci ildə Pedaqoji Universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub. Tapdıq Ağayev — 2006–2010-cu illərdə Bakı Sənaye-Pedaqoji Kollecində (ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci) təhsil alıb.
Filialları
Mövcud filialları
Ağcabədi filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı 13 iyun 2000-ci ildə prezident Heydər Əliyevin 349 saylı fərmanı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı kimi yaradılmışdır. Filialın ABŞ, İngiltərə, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və s. kimi ölkələrin elmi müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri vardır. Filialda Direktor Şurası, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.
Filial 6,5 hektar ərazidə 3 mərtəbəli binada yerləşir.
Filialda "Riyaziyyat və informatika müəllimliyi", "Tarix və coğrafiya müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə təhsil verilir
Cəlilabad filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı 2000-ci ildə Cəlilabad Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılmışdır. Filialda 3 ictimai təşkilat fəliyyət göstərir — Tələbə Elmi Cəmiyyəti — Tələbə Gənclər Təşkilatı — Həmkarlar Təşkilatı İttifaqı Komitəsi.
Filial 3,2 hektar ərazidə 2 və 3 mərtəbəli yanaşı 2 binada yerləşir.
Filialda "Tarix və coğrafiya müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi", "İbtidai sinif müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə təhsil verilir.
Quba filialı
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Quba filialı adı ilə fəaliyyətə başlamışdır.
Filialda Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqı Komitəsi kimi strukturlar fəaliyyət göstərir.
Filial 2,5 hektar ərazidə 2 və 3 mərtəbəli 2 binada yerləşir. Filialda "İbtidai sinif müəllimliyi", "Azərbaycan dili və ədəbiyyatı", "Tarix və coğrafiya", "Təhsildə sosial-psixoloji xidmət", "Riyaziyyat və informatika müəllimliyi" və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasları üzrə təhsil verilir.
Şamaxı filialı