Lüsi Elizabet Dakus () — amerikalı müğənni-bəstəkar və prodüser. Əslən Virciniya ştatının Riçmond şəhərindən olan Dakus, 2016-cı ildə Matador Records ilə bağladığı müqavilədən sonra buraxdığı "No Burden" albomu ilə diqqətləri üzərinə çəkib. Onun 2018-ci ildə yayımladığı ikinci albomu olan "Historian" müsbət rəylərlə qarşılanıb. Dakusun üçüncü studiya albomu "Home Video" 2021-ci ildə işıq üzü görüb.
Dakus, Fibi Bricers və Cülyen Beyker ilə birlikdə yaratdığı indi-rok super qrupu Boygenius-un üzvüdür.
Həyatı Dacus körpə ikən övladlığa götürüleb. Riçmond şəhərinin yaxınlığında yerləşən Virciniya ştatının Mekaniksvill şəhərində böyüyüb. Özbək və irland əsillidir. Övladlığa götürən anası peşəkar pianoçu və musiqi müəllimi, övladlığa götürən atası isə qrafik dizaynerdir. Dakus musiqiyə erkən yaşlarından maraq göstərib. Orta məktəbdə oxuyarkən ilk gitarası, ibanezini Kreyqslistdən alıb. 2013-cü ildə Meqqi L. Uolker Qubernator Məktəbini bitirdikdən sonra o, Virginia Commonwealth Universiteti-də film təhsili almağa başladı, lakin bir müddət sonra oranı tərk etdi. Virciniyaya qayıtdıqdan sonra, Richmond Camera-da uşaq məktəb fotoşəkilləri üçün redaktor kimi işə götürülüb. Bu müddət ərzində o, təqribən 30 mahnı yazdı, onlardan doqquzu "No Burden" albomunun treklistində yer alır.
Şəxsi həyatı Dakus xristian inancları ilə böyüdülsə də, hal-hazırda dinsizdir. O, özünü kuir hesab edir və onun seksuallığına ən yaxın sözün ya biseksual, ya da panseksual olduğunu deyir. Dakus 2019-cu ilin sonlarına qədər Virciniya ştatının Riçmond şəhərində yaşayıb. 2021-ci ilin iyun ayından etibarən o, Filadelfiyada yaşayır.
Diskoqrafiya No Burden (2016) Historian (2018) Home Video (2021)
İstinadlar
Xarici keçidlər Official website
Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:Qremmi mükafatı laureatları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr ABŞ qadınları