Norvil "Şeggi" Roqers Amerika animasiya şirkəti Hanna-Barbera tərəfindən yaradılmış uydurma personajdır və Skubi-Du franşizasındakı dörd insan qəhrəmanından biridir. O, Scooby-Do-nun ən yaxşı dostudur və onun kimi acgöz və qorxaqdır. Şeggi sirləri həll etməkdən daha çox yeməklə maraqlanır. Scooby-ni "Knittingham köpək ferması"ndan sahiblənib. Daphne, Fred, Velma ilə "Sirli dəstə"ni qurublar. Bölümlərdə istifadə etdikləri maşının sahibidir. Maşının dizaynı ona məxsusdur. Kəmər kolleksiyasına sahibdir, 650-dən çox kəməri var. Qəribə yemək zövqü var, məsələn: şokoladlı hot-doq.

Xüsusiyyətləri Əsas xüsusiyyətləri Arıq bədən, dağınıq keçi saqqalı, qırxılmamış üz. Yaşıl köynək (son seriyalarda qırmızı), ətəkləri geniş olan şalvar və qara ayaqqabı. Səsində olan qırılmalar, yeniyetmə səsi. Tez-tez "yəni" sözünü işlədir.

Xasiyyəti Bədheybətlərdən qorxması ilə tanınır. Panika pozuntusu var, ancaq buna baxmayaraq dostlarına görə cəsarətli addımlar atır. Həddini aşan iştah. Ən sevdiyi yemək: turşu əlavə olunmuş pendirli pizza. Qorxduğu anlarda atletik qabiliyyətləri ortaya çıxır. Keçmişdə yüngül atletika ilə məşğul olub. Əsl adı Buzz olub. Saç stilinə görə 10 yaşında dəyişib.

Səsləndirən və canlandıranlar Səsləndirənlər : 1969-1997; 2002-2009 — Casey Kasem. Şegi sesinin banisi (personajı özü kimi vegetarian edib). 2002 - indiyə qədər — Matthew Lillard. Kasem təqaüdə çıxdıqdan sonra rolun səsləndirilməsini o ələ aldı. Digərləri — Billy West, Scott Innes, Will Forte, Sam Richardson.

Canlandıranlar 2002 - 2004 — Matthew Lillard (tv filmləri) 2009 - 2010 — Nick Palatas (tv filmləri).

İstinadlar

Kateqoriya:Cizgi personajlar Kateqoriya:1969-cu ildə yarananlar Kateqoriya:Hippi Kateqoriya:Uydurma ABŞ detektivləri