Yelizaveta Luzan (14 mart 2003) — Azərbaycanı təmsil edən bədii gimnast, idman ustası, 2018-ci ildən bədii gimnastlardan ibarət Azərbaycan yığmasının heyətinin üzvüdür.

Yelizaveta Luzan Azərbaycanı 2020, 2021, 2022 və 2023-cü illərdə Avropa Çempionatlarında təmsil edib. Nəticədə 2020-ci ildə 1 gümüş və 2 bürünc medala, 2022-ci ildə 3 bürünc medala, 2023-cü ildə isə 1 qızıl və 1 bürünc sahib olub. Azərbaycanı 2021-ci ildə baş tutan Olimpiya Oyunlarında təmsil edib.

Yelizaveta Luzan həm də 2021 və 2022-ci illərdə Dünya Çempionatında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan turnirdə onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb. Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup 2022-ci il sentyabrın 18-də Bolqarıstanın Sofiya şəhərində baş tutan 39-cu Dünya Çempionatında 3 lent / 2 topla turnirdə 30.750 balla üçüncü pillənin sahibi olmaqla turnirin bürünc medallarına sahib olublar. Bu Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində Dünya Çempionatında əldə olunan birinci və yeganə medaldır.

2023-cü il mayın 21-də isə 39-cu Avropa Çempionatında çıxış edən Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 top turnirində 32.150 balla turnirin qalibi olaraq Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirdə birinci və yeganə çempionluğu əldə etdi.

Həyatı Yelizaveta Luzan 2003-cü il martın 14-də anadan olub. 2014-cü ildə ailəsi ilə birgə Azərbaycana gəlib. 8 yaşından idmanla məşğul olur. Ocaq İdman Klubunun üzvüdür.

Subaydır.

Karyerası Yelizaveta Luzan 2014-cü ildə baş tutan Azərbaycan Birinciliyinin fərdi turnirdə qalibi oldu. Bu 11 yaşlı Yelizaveta Luzanın birinci uğuru idi. Daha sonra Yelizaveta Luzan 2015-ci ildə Azərbaycan Birinciliyini və 2016-cı ildə Şəhər Çempionatını gümüş medallarla başa vurdu.

Yelizaveta Luzanın beynəlxalq arenada birinci turniri 2016-cı ilin aprelində Polşada baş tutan gənclər arasında Baltic Cup beynəlxalq turniri oldu. Həmin turnirdə Luzan turniri 8-ci pillədə başa vurdu. Daha sonra Yelizaveta Luzan iyulda Qazaxıstanda baş tutan gənclər arasında Zhuldyz Cup beynəlxalq turnirində mübarizə aparsa da, medala sahib ola bilmədi.

Daha sonra Yelizaveta Luzan 2017-ci ilin noyabrında Gent şəhərində baş tutan gənclər arasında Happy Cup beynəlxalq turnirində çıxış eləsə də, turniri medalsız başa vurdu.

2018-ci il: Yeniyetmələrin Olimpiya Oyunları Yelizaveta Luzanın 2018-ci ildə birinci turniri yanvarda Norveçin Oslo şəhərində baş tutan gənclər arasında Adger Cup beynəlxalq turniri oldu. Bu turnirdə də Luzan medala sahib ola bilmədi.

Daha sonra Yelizaveta Luzan fevralda Rusiyada baş tutan Dünya Olimpiya Təsnifat Turnirində mübarizə apardı. Nəticələrinə əsasən Azərbaycan yığması Buenos-Ayres Olimpiadasına bir vəsiqə qazandı.

thumb|300x300px|alt=|Yelizaveta Luzan Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarında mübarizə aparan birinci bədii gimnast olaraq düşdü Yelizaveta Luzan 2018-ci ildə Buenos-Ayres şəhərində (Argentina) baş tutan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə apardı.

Yelizaveta Luzan təsnifat mərhələsinin birinci günündə halqala çıxışında 12.550 balla 26-cı pillədə, topla çıxışında isə 13.425 balla 21-ci pillədə qərarlaşdı. Təsnifat mərhələsinin növbəti günündə isə Yelizaveta Luzan gürzlə çıxışında 14.700 balla 17-ci pillənin, lentlə çıxışında isə 12.750 balla 15-ci pillənin sahibi oldu. Bununla da Yelizaveta Luzan Buenos-Ayres Olimpiadasını ümumi nəticədə 52.725 balla 36 gimnast sırasında 22-ci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında mübarizə aparan gimnastların hər biri həm də ulduz idmançıların adına olan qarışıq qruplarda mübarizə apardı. Turnirin nəticələrinə əsasən Yelizaveta Luzanın da təmsil olunduğu Simona Baylzın qrupu Buenos-Ayres Olimpiadasının qalibi oldu.

2020-ci il: Avropa Çempionatında gümüş medal 2020-ci ilin əsas turniri avqustda Yaponiyada baş tutmalı olan XXXII Yay Olimpiya Oyunları idi. Olimpiadada mübarizə aparmaq üçün lisenziyalar 2019-cu ilin sentyabrında Azərbaycanda baş tutan Dünya Çempionatında verildi. Həmin tunirdə mübarizə aparan Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup nəticələrə əsasən olimpiya lisenziyasına sahib oldu.

2020-ci ilin əvvəlindən bütün dünyanın COVID-19 pandemiyası cənginə aldı. Martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul etdi. Həmçinin 20–24 mayda Kiyev şəhərində baş tutmalı olan Avropa Çempionatı da təxirə salındı. Bundan sonra olimpiadada debüt üçün daha bir il gözləməli olan Azərbaycanın əsas yığmasının bir sıra — Aliyə Paşayeva, Ayşən Bayramova və Diana Əhmədbəylinin yığmadan uzaqlaşdı. Bundan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva tərəfindən yeni qrup formalaşdırıldı. Köhnə qrupun heyətindən sadəcə Darya Sorokina və Zeynəb Hümmətova yeni qrupun heyətində də yer aldı. Qrupun digər üzvləri isə gənclərdən ibarət qrupun əsas üzvləri Ləman Əlimuradova, Məryəm Səfərova və Yelizaveta Luzan oldu.

Təxirə salınan Avropa Çempionatının 26–30 noyabrda Kiyev şəhərində baş tutması qərara alındı. Bu turnirdə Azərbaycanı Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Komanda əvvəlcə 5 topla turnirin təsnifat mərhələsində mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 34.600 balla qiymətləndirilən qrup təsnifat mərhələsini altı qrup sırasında birinci pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazandı. Bu həm də ümumi turnirdə Azərbaycan yığmasının medal şanslarını artırdı. 3 halqa / 4 gürz turnirində isə qrupun çıxışı referilər tərəfindən 31.700 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri altı qrup arasında sadəcə İsrail (33.475 bal) gimnastlarından geri qaldı. Bu nətilərə əsasən Azərbaycan qrupu bu turnirin də final mərhələsinə vəsiqə qazandı. Ümumi turnirdə isə Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 66.300 balla Avropa Çempionatının gümüş medalına sahib oldu. Turnirin qalibi isə 67.575 balla İsrail gimnastları oldu. Həmçinin Azərbaycan gimnastları altı ildən sonra birinci dəfə qrup turnirində Avropa Çempionatının medalına sahib oldu. Avropa Çempionatında həmçinin gənclər və seniorlardan ibarət qrupların nəticələrinin cəminə əsasəndə medallar verildi. Bu nəticələrə əsasən gənclərdən və seniorlardan ibarət Azərbaycan qrupu turnirin bürünc medallarına sahib oldu. Daha sonra Azərbaycan qrupu ayrı-ayrı alətlər üzrə final mərhələlərində mübarizə apardı. Qrup əvvəlcə 5 halqa ilə turnirin final mərhələsində çıxış etdi. Kompozisiyası referilər tərəfindən 31.450 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən altı qrup sırasında dördüncü pillənin sahibi oldu. Turnirin sonunda Azərbaycan qrupu 3 halqa / 4 gürz turnirinin final mərhələsində mübarizə apardı. Referilər tərəfindən çıxışı 30.650 balla qiymətləndirilən qrup nəticələrə əsasən Avropa Çempionatının bürünc medalına sahib oldu.

2021-ci il: Olimpiya Oyunlarında mübarizə 2021-ci ildə də bədii gimnastlardan ibarət Azərbaycan yığmasının əsas qrupu Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət oldu. Bu qrupun birinci turniri 26–28 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Turnirin birinci günü qup beş topla turnirdə mübarizə apardı. Kompozisiyası referilər tərəfindən 37.450 balla qiymətləndirilən qrup nəticələrədə əsasən 11 qrup sırasında üçüncü pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. Üç halqa / dörd gürz turnirinin təsnifat mərhələsində isə qrupun çıxışı 33.500 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri 11 qrup sırasında dördüncü pillənin sahibi oldu və bu turnirin də final mərhələsinə vəsiqə qazandı. Ümumi nəticədə isə Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 70.950 bal topladı. Bu nəticələrə əsasən Azərbaycan qrupu sadəcə Bolqarıstan təmsilçilərindən (84.350) geri qaldı və turnirin gümüş medalına sahib oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Azərbaycan qrupu əvvəlcə beş topla turnirdə mübarizə apardı. Bu turnirdə qrup uğursuz çıxış etdi və 26.400 balla 8 qrup sırasında sonuncu, 8-ci pillədə qərarlaşdı. Üç halqa / dörd gürz turnirinin final mərhələsində isə Azərbaycan qrupunun çıxışı referilər tərəfindən 33.450 balla qiymətləndirildi. Bu nəticələrə əsasən qrup turnirin bürünc medalına sahib oldu.

İlin növbəti nüfuzlu turniri 6–10 mayda Azərbaycanda baş tutan FIG World Cup beynəlxalq turniri oldu. Bu turnirdə də Azərbaycan qrupunun heyəti Darya Sorokina, Ləman Əlimuradova, Məryəm Səfərova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət idi. Komanda əvvəlcə beş topla turnirin təsnifat mərhələsində mübarizə apardı. Qrupun çıxışı referilər tərəfindən 43.000 balla qiymətləndirildi. Bu nəticələrə əsasən Azərbaycan təmsilçiləri 11 qrup sırasında üçüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Üç halqa / dörd gürz turnirində isə qrup 38.850 balla 11 qrup sırasında dördüncü pillənin sahibi oldu. Bu nəticələrə əsasən Azərbaycan gimnastları final mərhələsinə vəsiqə qazansa da, ümumi nəticədə medal qazana bilmədi. Komanda ümumi nəticədə turniri 81.850 balla 11 qrup sırasında dördüncü pillədə başa vurdu. Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Azərbaycan gimnastları əvvəlcə beş topla turnirin final mərhələsində çıxış etdi. Kompozisiyası referilər tərəfindən 44.000 balla qiymətləndirilən qrup turniri üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu. Daha sonra qrup üç halqa / dörd gürz turnirinin final mərhələsində mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları turniri 37.600 balla 8 idmançı sırasında beşinci pillədə başa vurdu. Bununla da Azərbaycan qrupu turniri cəmi bir bürünc medalla başa vurdu.

İlin birinci nüfuzlu turniri 8–14 iyunda Bolqarıstanın Varna şəhərində baş tutan Avropa Çempionatı oldu. Bu turnirdən əvvəl bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva qrupun heyətində əvəzləmə etdi. Məryəm Səfərova qrupun heyətindən çıxarıldı və qrupa Nərminə Səmədova daxil edildi. Nərminə Səmədova heç bir zaman qrup turnirlərdə çıxış eləməmişdi. Səmədova 2014–2019-cu illərdə fərdi turnirlədə çıxış eləmişdi və bir-sıra beynəlxalq turnirlərdə medallara sahib olmuşdu.

Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrupun birinci turniri Avropa Çempionatı oldu. Komanda əvvəlcə çempionatın təsnifat mərhələsində mübarizə apardı. Beş topla turnirdə çıxışı referilər tərəfindən 41.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən 18 qrup sırasında yeddinci pillədə qərarlaşdı və final mərhələsinə vəsiqə qazandı. 3 halqa / 2 gürz turnirində isə qrup uğurla çıxış etdi. Kompozisiyası refeirilər tərəfindən 40.475 balla qiymətləndirilən qrup nəticələrə əsasən dördüncü pillənin sahibi oldu və final mərhələsinə vəsiqə qazandı. Beş topla turnirin çıxışı uğursuz olduğuna görə bu ümumi nəticəyə ciddi təsir etdi. Nəticədə Azərbaycan təmsilçiləri 82.225 balla 18 qrup sırasında yeddinci pillənin sahibi oldu. Turnirin növbəti günü ayrı-ayrı alətlərdə final mərhələsi baş tutdu. Komanda əvvəlcə beş topla turnirin final mərhələsində çıxış etdi. Kompozisiyası referilər tərəfindən 43.700 balla qiymətləndirilən Azərbaycan təmsilçiləri nəticələrə əsasən turniri altıncı pillədə başa vurdu. 3 halqa / 2 gürz turnirində də qrup medala sahib ola bilmədi. Komandanın çıxışı referilər tərəfindən 41.750 balla qiymətləndirilən qrup nəticələrə əsasən turnrii dördüncü pillədə başa vurdu. Bununla da qrup Avropa Çempionatını medalsız başa vurdu.

XXXII Yay Olimpiya Oyunları