Gəncə döyüşü (1046) — Bizans imperiyası ilə Böyük Səlcuq imperiyası arasında baş vermiş döyüş nəzərdə tutulur. Tarixi Gəncə döyüşü 1046-cı ildə baş vermişdir. Bu ildə imperator IX Konstantin Kldekari knyazı Liparitin komandanlığı altında Bizans ordusunu Qafqazı ələ keçirməyə göndərir. Gəncədə Bizans ordusunu qarşılayan Səlcuqlu ordusuna isə Qutalmış komandanlıq etməkdə idi.

Bizans imperatoru IX Konstantinin Bizans ordusunu gürcü əsilzadəsi Kldekarili IV Liparitin komandanlığı altında Qafqaza göndərməsinin məqsədi regiona yürüşlər təşkil edən Səlcuqlu ordusunun qarşısını almaq idi.The Islamic World in Ascendancy: From the Arab Conquests to the Siege of Vienna. Martin Sicker. Greenwood Publishing Group. 2000.Ayşe Beyza ERCAN. "THE BYZANTINE EMPIRE IN THE KINGDOM OF GEORGIA’S FOREIGN POLICY IN THE 11th CENTURY ". Karadeniz Araştırmaları Enstitüsü Dergisi 11:331-344. Buna cavab olaraq, Səlcuqlu sultanı Toğrul Qutalmışın komandanlığı altında bölgəyə türk ordusu göndərir.

Dvinə doğru hücum edən Bizans ordusu Gəncədə türk ordusu ilə qarşı-qarşıya gəlir.Toksoy, A. (2020). Selçukluların Batı (İran) Harekâtı . Atatürk Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü Dergisi, - (68), 367-376 .F. İnce, "SELÇUKLU-ERMENİ İLİŞKİLERİNDE MİLLET-İ SADIKA’NIN İZLERİ ", Uluslararası Türkçe Edebiyat Kültür Eğitim (TEKE) Dergisi, vol. 5, no. 1, pp. 0-0, Mar. 2016 Gəncə şəhərinin qala divarları yaxınlığında baş vermiş döyüşdə Qutalmış Bizans ordusunu darmadağın edir.

Bizans ordusunun sağ qalmağı bacarmış azsaylı hissəsi geri çəkilməyə məcbur olur. Cənubi Qafqaz bölgəsindəki türk hakimiyyəti daha da möhkəmlənir. Həmçinin bax Kapetron döyüşü Malazgird döyüşü İstinadlar

Kateqoriya:Səlcuqlu imperiyasının döyüşləri Kateqoriya:Bizans imperiyasının döyüşləri