250px|thumb|right|Əsərin əlyazmasının birinci səhifəsi.

Ərdavirafnamə (, "Dürüst Virazın kitabı") — pəhləvi dilində yazılmış zərdüşti mətni. Təxminən 8,800 sözdən ibarətdir. Bu, dindar bir zərdüşt olan Virafın axirət dünyasına yuxudakı səyahətini təsvir edir. Mətn IX–X əsrlərdə bir sıra redaktələrdən sonra qəti formasını almışdır.Ardā Wirāz-nāmag at Encyclopædia Iranica Alimlər güman edirlər ki, hekayə IX–X əsrlərdə indiki Fars ostanı ərazisində formalaşmışdır.“Arda Wiraz”, Encyclopaedia Iranica, 1987, Volume II, Routledge & Kegan Paul: London & New York, p. 357.

Adı "Ardā" ("əşə" sözündən, sanskrit dilindəki "rta" sözü ilə qohumdur) Virafın epitetidir və təxminən "doğru, saleh, ədalətli" kimi tərcümə edilir.ahlaw at Encyclopædia Iranica Alimlər ehtimal edirlər ki, "Viraf" adı proto-Hind-Avropa dilində "adam" mənasını verən "*wiHro--" sözündən gəlmişdir, Avesta dilindəki "vīra" ilə əlaqəlidir. Müəyyən samitlərin tələffüzündə Pəhləvi yazılarına xas olan qeyri-müəyyənliyi nəzərə aldıqda, baş qəhrəmanın "Viraf"ın adı "Viraz" kimi transliterasiya edilə bilər, lakin adın Avesta dilində olan forması aydın şəkildə "Viraza" kimi verilmişdir. Bu, adın düzgün oxunuşunun "z" ilə olduğunu göstərir. "Nāmag" sözü "kitab" deməkdir.Ardā Wirāz at Encyclopædia Iranica

Tarixi Kitabın tarixi məlum deyil, həmçinin professor Çarlz Horn hekayə üçün qəti bir tarix vermir. Müasir alimlərin əksəriyyəti sadəcə olaraq mətnin "terminus ad quem" X və ya XI əsrə aid olduğunu bildirirlər.

Mətnin tərcüməçisi Firidün Vəhmana görə, hekayənin mənşəyi çox güman ki, IX–X əsrlərə gedib çıxır və buradakı hadisələr indiki Fars ostanında cərəyan edir.F. Vahman, Arda Wiraz Namag: The Iranian ‘Divina Commendia’, op cit., p. 11 "İranika Ensiklopediyası"na görə, hekayənin qəti forması IX–X əsrlərə aiddir.

İstinadlar

Əlavə ədəbiyyat Kassock, Zeke, (2012), The Book Of Arda Viraf: A Pahlavi Student's 2012 Rendition, Transcription And Translation ,

Xarici keçidlər

Kateqoriya:Zərdüştçülük Kateqoriya:Ölümdən sonrakı həyat Kateqoriya:Fars dilində ədəbi əsərlər