İkinci Mahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Etimologiyası Kəndin adı Mahmudlu tayfası ilə əlaqədardır. Üç kənddən ibarət olan eyniadlı yaşayış məntəqələrini bir-birindən fərqləndirmək məqsədilə ikinci komponentdən istifadə edilmişdir.
Əhalisi Kəndin əhalisi Mahmudlu tayfasına mənsubdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1.831 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda İkinci Mahmudlu kəndi üçün 1 subartezian quyusunun qazılması və həmin quyudan 1503 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Füzuli rayonunun kəndləri