Norman Abel (; ) — Avstriya əsilli ABŞ psixoloqu.

Həyatı Norman Abel 1928-ci ildə Vyanada anadan olmuşdur. Əvvəlcə Nyu-York Universitetində (1949-cu ildə bakalavr dərəcəsi), sonra Ostin şəhərindəki Texas Universitetində (1952-ci ildə magistr dərəcəsi) təhsil almışdır. 1958-ci ildə həmin universitetdə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1968-ci ildən Miçiqan Ştat Universitetində psixologiya professorudur. 1997–1998-ci illərdə Amerikan Psixoloqlar Birliyinin prezidenti olmuşdur.АБЕЛЬ Норман. Энциклопедический словарь. 2009.

Norman Abel həmkarları ilə birlikdə ABŞ-də ən böyük psixoterapevtik audio yazılar arxivini yaratmışdır. Onun tədqiqatı əhvali-ruhiyyə və yaddaş arasındakı qarşılıqlı əlaqənin aspektlərini əhatə edirdi. O, öz işi ilə ABŞ-də peşəkar psixologiyanın inkişafına təsir göstərmişdir. Abel bir sıra aparıcı peşəkar psixologiya nəşrlərinin redaktoru olmuşdur. Klinik neyropsixologiya, psixoterapiya, məsləhət və hüquqi psixologiya sahəsindəki işi ilə tanınır.

İstinadlar

Kateqoriya:ABŞ psixoloqları Kateqoriya:Avstriyadan ABŞ-yə mühacirət edənlər