Araz Məmməd oğlu Məmmədov — Azərbaycan hərbçisi, general-leytenant (2020), Azərbaycan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi (2026-cı ildən).

Həyatı Araz Məmmədov 2008-ci ildə polkovnik hərbi rütbəsində Dövlət Sərhəd Xidmətinin Şəki sərhəd dəstəsinin komandiri vəzifəsində çalışmışdır. Daha sonra Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi təyin edilmiş və 2016-cı ilədək bu vəzifədə xidmət etmişdir.

Sonrakı illərdə o, Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunlarının komandanı vəzifəsində xidmət etmişdir.

14 avqust 2026-cı ildə Dövlət Sərhəd Xidməti rəisinin müavini — Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad olunmuş və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi təyin edilmişdir.

Araz Məmmədova Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 14 avqust 2009-cu ildə general-mayor, 17 avqust 2020-ci ildə isə general-leytenant ali hərbi rütbələri verilmişdir.

Təltifləri "Hərbi xidmətlərə görə" medalı — 14 avqust 2010 "Vətən uğrunda" medalı — 16 avqust 2016 "Azərbaycan Bayrağı" ordeni — 15 dekabr 2020 "Zəngilanın azad olunmasına görə" medalı — 24 iyun 2021 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 16 avqust 2025

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan sərhədçiləri Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları