Dinar Zəkəriyyə oğlu Həmidov (, ; ) — Rusiya hərbçisi, Rusiya Federasiyası Silahlı Qüvvələrinin polkovnik-leytenantı. "Cəsarət" ordeninə layiq görülmüşdür. Əslən Volqa tatarlarındandır.
Həyatı Dinar Zəkəriyyə oğlu Həmidov 8 oktyabr 1980-ci ildə RSFSR-yə bağlı Tatarıstanda, Pitrəç rayonunda anadan olmuşdur. Atası Lenin-Kokuşkin adına Peşə Texnikumunun işçisi Zəkəriyyə Həmidov, anası isə Nəsilə Həmidovadır. Güləş və atletika ilə məşğul olmuşdur. O, məktəbi bitirdikdən sonra Kazan Ali Artilleriya Komandanlıq Məktəbinə daxil olmuşdur. 2002-ci ildə məktəbi bitirdikdən sonra taqım komandiri kimi Peçenqaya göndərilmişdir. 2016-cı ildən 200-cü ayrı motoatıcı briqadanın reaktiv artilleriya diviziyasının komandiri olmuşdur. O, üç dəfə Suriyada ezamiyyətdə olmuş, hər bir ezamiyyət 6 ay davam etmişdir. Həmidov Rusiyanın Ukraynaya hücumunun iştirakçısı olmuşdur. O, döyüşdə həlak olmuşdur. Dinar Həmidov 9 aprel 2022-ci ildə doğulduğu kənddə dəfn edilmişdir.
Ailəsi 2008-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşının adı Lidiyadır, cütlüyün 3 övladı var: Kamilla, Əminə və Abdulla.
İstinadlar
Kateqoriya:Rusiya hərbçiləri Kateqoriya:Rusiya tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları