Binə stadionu — Azərbaycanın Bakı şəhərinə daxil olan Xəzər rayonu Binə qəsəbəsində çoxistifadəli stadion. Bu, "Binə" FK -nın ev stadionudur. Stadion 600 nəfərlikdir, süni ot örtüklüdür və açılışı 2012-ci ildə istifadəyə verilmişdir. Stadion Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmişdir. Stadion istismar müddətini 2024-cü ildə başa vurmuşdur. 2024-cü ildə hazırkı süni qazon yeni süni örtüklə əvəzlənəcək. İşlərə mayın sonları start verildi. Təmir işləri həmin ilin oktyabr ayında başa çatdıqdan sonra Binə stadionunda I, II və Əvəzedicilər Liqasında çıxış edən komandalar məşqlərini və oyunlarını keçirirlər.

İstinadlar

Kateqoriya:Bakıdakı idman qurğuları Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları