Hawker Siddeley — Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1934-cü ildə yaradılmışdır və lokomotivlər və dizel mühərrikləri, eləcə də təyyarə istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Londonun Kinqston-apon Temza rayonunda yerləşirdi.

29 aprel 1977-ci ildə şirkət Bristol Airplane Company və Scottish Aviation ilə birlikdə milliləşdirilərək British Aerospace (BAe) şirkətini formalaşdırmışdır.

İstinadlar Kateqoriya:Əvvəllər London Fond Birjasında siyahıya alınmış şirkətlər Kateqoriya:Birləşmiş Krallıq istehsalçıları Kateqoriya:Birləşmiş Krallıq brendləri