Marko Veşoviç — () — Monteneqrolu peşəkar futbolçu. Ağdamın "Qarabağ" klubunun və Monteneqro milli futbol komandasının müdafiəçisi.

Karyera İlk illər Markonun uşaq yaşlarında ilk klubu Serbiyanın "Mladost" komandası olur. Sonrada futbolçu ilk peşəkar müqavilə imzalayacağı "Budçnost"un uşaq komandasına qoşulur."Budçnost"un əsas heyətində 2008-ci ildə debüt edir. Burada 11 oyun keçirib bir qol vurur. 2008-ci ildə "Mladost Podgorica" klubuna icarəyə verilir. Burada 12 oyunda meydana çıxır və 3 qola imza atır. 2010-cu ilin iyununda o, "Srvena Zvezda" klubuna keçir. "Qırmızı-ağlar"la 17 oyun keçirir. Yeni komandasıyla ilk qolunu Sloveniya çempionu "Koper"lə yoldaşlıq oyununda vurur. Torino 30 yanvar 2014-cü ildə o, məşqçi Canpyero Venturanın rəhbərliyi altında bir neçə gün sınaqdan keçirildikdən sonra İtaliyanın "Torino" komandası ilə, azad agent kimi müqavilə imzalayır. O, "Torino"da rəsmi debütünü 9 mart 2014-cü ildə Milana səfər zamanı "İnter"ə qarşı keçirdir. 2013-14 mövsümünün sonunda o, "Torino"nun heyətində dörd oyun keçirdir.

Riyeka 2014-cu ilin yayında icarə ilə Xorvatiyanın "Riyeka" klubuna yollanır. Burada ilk ilində 17 dəfə meydana çıxır və 1 qol vurur. Növbəti ildə "Riyeka" futbolçunu tam olaraq transfer edir. Daha üç il "Riyeka"nın formasını geyinən futbolçu, daha 67 oyunda meydana çıxır və 10 qol vurur.

Legiya Varşava Futbolçu, 2018-ci ildə Polşanın "Legiya" klubuna transfer olunur. 2021-ci ilə qədər Polşada top qovan futbolçu 62 oyunda meydana çıxır və 2 qol vurur.

Qarabağ Ağdam Futbolçu 2021-ci ilin iyul ayında 2 illik müqavilə ilə Qarabağ klubuna transfer edilir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Legioner Monteneqro futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Monteneqrolu futbolçular Kateqoriya:Buduçnost Podqoritsa FK futbolçuları Kateqoriya:Srvena Zvezda FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Riyeka FK futbolçuları Kateqoriya:Legiya Varşava FK futbolçuları Kateqoriya:Serbiya Superliqası futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Serbiyada legioner futbolçular Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Polşada legioner futbolçular Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Spetsiya FK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Lokomotiva Zaqreb FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Monteneqro U-21 milli futbol komandası futbolçuları