() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi. Cinsin bütün nümayəndələri Cənubi Amerika üçün səciyyəvi olsa da, bəzilərinə ABŞ, Meksika, Avstraliya, Yeni Zelandiya, Madeyra və Kanar adalarında da rast gəlmək olar. Cinsə daxil olan bütün növlər demək olar ki, iki fərqli yayılma arealından biri ilə məhdudlaşır. Bu mərkəzlərdən biri Çilidə, digəri isə Braziliyanın şərqində yerləşir. Çilidə olan Alstroemeria növləri qışda, Braziliyada olanlar isə yayda inkişaf edir. Çilinin Atakama səhrasında yetişən A. graminea istisna olmaqla, digər bütün növlər uzunömürlü çoxillik bitkilərdir.
Təsvir thumb|150px|Cinsə aid növlərdən biri olan Alstroemeria pallida-nın botanik təsviri Bu cinsin nümayəndələri kök yumrularına malikdir. Bəzi növlərin gövdələrinin hündürlüyü -ə çatır. Bitkinin yarpaqları növbə ilə düzülür, formaları dəyişkəndir və yarpaq damarları paraleldir. Çiçəklər tək olur və ya çətirdə yığılır. Çiçəklərdə hər birinin uzunluğu 5 santimetrə (2,0 düym) qədər olan altı ləçək var. Onlar qırmızı, narıncı, bənövşəyi, yaşıl və ağ rənglərin bir çox çalarlarında ola bilir və tünd rəngli ləkə və ya zolaqlara malikdirlər. Çiçəklərdə altı erkəkcik və üç ağızcığa malik bir dişicik var. Alstroemeria-da çiçəyin ləçəkləri yumurtalığın üstündə yerləşir.
Bitkinin çiçəkləmə dövrü yaz və yaydır. Tozlanma həşəratların (arıların), həmçinin kolibrilərin köməyi ilə baş verir. Tozlayıcılar olmadıqda bitkinin küləklə tozlanması da mümkündür.
Taksonomiya Cins İoqann Peter Falk və onun dissertasiya rəhbəri Karl Linney tərəfindən 1762-ci ildə Planta Alströmeria adlı dissertasiyasında təsvir edilmişdir. Cins Linneyin tələbəsi olan isveçli baron Klas Alstryomerin (1736–1794) şərəfinə adlandırılmışdır. Linneyə cinsə aid iki növün toxum nümunələrini o vaxt bitkinin artıq yetişdirildiyi İspaniyadan məhz Alstryomer gətirmişdi.
Yetişdirilməsi və istifadəsi left|thumb|İngiltərənin Norfolk qraflığında Alstroemeria-nın "Indian Summer" sortu Cinsin ağ, sarı, narıncı, ərik, çəhrayı, qırmızı, bənövşəyi və bənövşəyi də daxil olmaqla bir çox rəngi və bəzəyi özündə əks etdirən bir çox hibridi və ən az 190 sortu hazırlanmışdır. Bu gün tez-tez yetişdirilən ən məşhur hibridlər Çilidən olan növlər (qışda çiçəkləyən) ilə Braziliyadan gələn növlər (yayda çiçəkləyən) arasında çarpazlaşma nəticəsində əldə edilir. Bu strategiya cinsə aid bitkilərin həmişəyaşıl olması və demək olar ki, ilin çox hissəsində çiçəkləməsi ilə nəticələnmişdir. Cinsin əsas yetişdirmə prosesi bu gün Hollandiyadakı şirkətlər tərəfindən həyata keçirilir. Miniatür zanbağa bənzəyən bu çiçəklər kəsmə gül ticarətində buket və gül kompozisiyaları üçün olduqca məşhurdur. Bu zərif çiçəklər heç bir büzüşmə əlaməti olmadan suda 14 günə qədər yaşayır.
Bağ üçün mövcud olan növlərin əksəriyyəti yazın sonunda və yazın əvvəlində çiçək açır. Bitkinin kökləri dərəcə istiliyə davamlıdır. Bitki ən azı altı saat gün işığı, müntəzəm su və yaxşı havalandırılan torpaq tələb edir.
Alstroemeria cinsinin nümayəndələrinin köklərindən nişasta əldə edilir. Bitkidən həmçinin xalq təbabətində və yüksək keyfiyyətli yapışqan hazırlamaqda da istifadə olunur.
Növlər Alstroemeria cinsinə aid təxminən 126 növ var. ŞəkilAdYayılma arealıAlstroemeria achiraeMauleAlstroemeria albescensRiu-Qrandi-du-SulAlstroemeria altoparadiseaQoyasAlstroemeria amabilisBraziliyaAlstroemeria amazonicaPara, BolivarAlstroemeria andinaÇili, Argentina120x120pxAlstroemeria angustifoliaÇiliAlstroemeria annapolinaQoyasAlstroemeria apertifloraBraziliya, Argentina, ParaqvayAlstroemeria aquidauanicaMatu-QrosuAlstroemeria arnicanaQoyasAlstroemeria aulicaValparaiso120x120pxAlstroemeria aureaÇili, Argentina; Yeni Zelandiya, Viktoriya (Avstraliya) bölgələrinə gətirilib uyğunlaşdırılmışdır.Alstroemeria bahiensisBaiyaAlstroemeria bakeriCatamarcaAlstroemeria bilabiataSantyaqo160x160pxAlstroemeria brasiliensisBraziliyaAlstroemeria burchelliiQoyasAlstroemeria cabralensisMinas-JeraysAlstroemeria caiaponicaQoyasAlstroemeria callianthaMinas-JeraysAlstroemeria cantillanicaO'HigginsAlstroemeria capixabaEspírito SantoAlstroemeria caryophyllaeaBraziliyaAlstroemeria chapadensisMatu-QrosuAlstroemeria chorillensis PeruAlstroemeria crispataşimali ÇiliAlstroemeria cuiabanaMatu-QrosuAlstroemeria cultrifoliaBraziliaAlstroemeria cunhaBraziliyaAlstroemeria decoraValparaiso120x120pxAlstroemeria dilutaÇiliAlstroemeria discolorValparaisoAlstroemeria douradensisQoyasAlstroemeria espigonensisBahia129x129pxAlstroemeria exserensÇili, ArgentinaAlstroemeria fiebrigianaBoliviaAlstroemeria firmulifoliaMinas-JeraysAlstroemeria foliosaBraziliya, ParaqvayAlstroemeria fuscovinosaBraziliya120x120pxAlstroemeria garaventaeÇiliAlstroemeria gardneriBraziliyaAlstroemeria glaucandraValparaisoAlstroemeria gouveianaMinas-JeraysAlstroemeria gramineaÇili120x120pxAlstroemeria hookeriÇiliAlstroemeria huemulinaBío BíoAlstroemeria ibitipocaeMinas-JeraysAlstroemeria igarapavicaSão PauloAlstroemeria inodoraBraziliyaAlstroemeria isabellanaBraziliya, Argentina, Uruguay, ParaqvayAlstroemeria itabiritensisMinas-JeraysAlstroemeria jequitianaMinas-JeraysAlstroemeria jocundaSantiago de ChileAlstroemeria julieaeMinas-Jerays120x120pxAlstroemeria kingiiÇiliAlstroemeria lactiluteaTarapacáAlstroemeria landimanaBraziliya160x160pxAlstroemeria leporinaÇili120x120pxAlstroemeria ligtu, St. Martin's flowerPeru, Çili, ArgentinaAlstroemeria litterataMatu-QrosuAlstroemeria longaviensisMauleAlstroemeria longistamineaBraziliyaAlstroemeria longistylaQoyas, Minas-JeraysAlstroemeria luteaTarapacáAlstroemeria magnaValparaiso120x120pxAlstroemeria magnificaÇiliAlstroemeria malmeanaBraziliyaAlstroemeria modestaÇiliAlstroemeria mollensisKokimboAlstroemeria monanthaÇiliAlstroemeria monticolaBahia, Minas-JeraysAlstroemeria nidularisMauleAlstroemeria niveaKokimboAlstroemeria ochraceaMinas-JeraysAlstroemeria orchidioidesBrazilia, QoyasAlstroemeria pallidaÇiliAlstroemeria paraensisParaAlstroemeria patagonicacənubi Argentina, cənubi ÇiliAlstroemeria pauperculaPeru, şimali Çili120x120pxAlstroemeria pelegrina, Peruvian lilyPeru, ÇiliAlstroemeria pendulifloraMinas-JeraysAlstroemeria philippiişimali ÇiliAlstroemeria piauhyensisBraziliya120x120pxAlstroemeria plantagineaBraziliya, VenesuelaAlstroemeria poeticaÇiliAlstroemeria polpaicanaSantiagoAlstroemeria polyphyllaÇiliAlstroemeria preslianaÇili, ArgentinaAlstroemeria pseudospathulataÇili, Argentina120x120pxAlstroemeria psittacinaBraziliya, Argentina; naturalized in Australia, New Zealand, Southeastern United States, cənubi Mexico, Madeira, Canary IslandsAlstroemeria pubiflora QoyasAlstroemeria pudicaSantiago120x120pxAlstroemeria pulchraÇiliAlstroemeria punctataBrazilia, QoyasAlstroemeria pygmaeaPeru, Braziliya, ArgentinaAlstroemeria radulaBraziliyaAlstroemeria recumbensÇili120x120pxAlstroemeria revolutaÇiliAlstroemeria ribeirensisParana ştatıAlstroemeria roseoviridisMatu-Qrosu-du-SulAlstroemeria rupestrisMinas-JeraysAlstroemeria sabulosaValparaisoAlstroemeria schizanthoidesÇiliAlstroemeria sellowiana Braziliya120x120pxAlstroemeria spathulataÇili, ArgentinaAlstroemeria speciosaSão PauloAlstroemeria spectabilisSantiago120x120pxAlstroemeria stenopetalaQoyas, Minas-JeraysAlstroemeria talcaensisMauleAlstroemeria timidaSantiagoAlstroemeria tombolatoanaQoyas, Minas-Jerays120x120pxAlstroemeria umbellataÇili, ArgentinaAlstroemeria variegataMinas-JeraysAlstroemeria venustaÇili120x120pxAlstroemeria versicolorÇiliAlstroemeria virginalisKokimboAlstroemeria viridifloraBraziliyaAlstroemeria werdermanniiÇiliAlstroemeria xavantinensisMatu-QrosuAlstroemeria yaelaeSantyaqoAlstroemeria zoelneriÇili
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənubi Amerika florası Kateqoriya:Şəxslərin adını daşıyan bitki taksonları