Samuel Marşall "Sem" Reymi (; ) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir.

Həyatı Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan. Gillian Green ilə evlidir. Onların beş övladı var. Filmoqrafiya +İlFilmRejissorProdüserSsenaristПримечания1977Bu qətldir1981Qorxunc ölülər1985Cinayət dalğası1987Qorxunc ölülər 21989Yüngül təkərlərQonşuluqdakı ölü1990Qaranlıq adam1991Yuxuda gəzənlər: sevgi hekayəsi1992DəliQaranlığın ordusu1993Çətin hədəf1994Qulluqçu HadsakerZaman polisi1995Cəld və cəsədQaranlıq adam 2: Düranın qayıdışıVideofilmlər1996Qaranlıq adam 3: Öl, Qaranlıq adam!1998Herkules və Zena: Olimpus uğrunda döyüşSadə plan1999Oyunda qələbə naminə2000Hədiyyə2002Hörümçək-adam2004Hörümçək-adamLənət2005BuqimenQışqıran beyinli adam2006Lənət 22007MüjdəçilərQan ovçusuHörümçək-adam 330 gün gecə2009Məni cəhənnəmə sürüklə2012Lənət qutusu2013Güclü və əzəmətli OzQorxunc ölülər: Qara kitab2014Pişiyin öldürülməsi 2015Polterqeyts2016Nəfəs alma2019Tələ2020Lənət2021PisNəfəs alma 2Gecə dəftərləri2022AnaDoktor Strenc: Dəliliklərin multikainatındaQorxunc ölülərin üsyanı202365Oğlan dünyanı öldürür

İstinadlar

Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ aktyorları Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:ABŞ kinorejissorları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1959-cu ildə doğulanlar Kateqoriya:23 oktyabrda doğulanlar