Arif Şahbaz oğlu Hüseynov () — Azərbaycan Respublikasının xalq rəssamı (2006), Azərbaycan Respublikasının əməkdar rəssamı (1992).

Həyatı Arif Hüseynov 1943-cü ildə Bakının Qala kəndində anadan olub. 1960–62-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində orta ixtisas, 1965–72-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışdır. Arif Hüseynovun əsərləri hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, həmçinin şəxsi kolleksiyalarda saxlanılmaqdadır.

Yaradıcılığı 1975-ci ildən Rəssamlar İttifaqının üzvüdür. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğuldur. Bu dövrə kimi əsasən dəzgah və kitab qrafikası ilə məşğul olub."Uzun illər ərzində öz tükənməz yaradıcılıq potensialını dəzgah və kitab qrafikası sahəsində istifadə edən rəssamın son illər qədim miniatür sənəti ənənələrinin yeni forma-biçim və bədii-estetik tutumda dirçəldilməsinə səy göstərməsi çox diqqətçəkəndir. Onun bu yöndə milli folklora, adət-ənənəyə, maddi-mədəniyyət nümunələrinə həsr etdiyi silsilə rəsmləri qədim miniatürlərimizə yeni və yaradıcı baxış hesab etmək olar." Sənətşünas Ziyadxan Əliyev."Arif Hüseynov. Cizgilərin hikməti". Bakı. Aspoliqraf. 2013

Fərdi sərgiləri 1984 — "100 illüstrasiya", Baku-Moskva 2006 — "Daikokuya" qalereyası, Tokio, Yaponiya 2009 — Galerie Berlin-Baku, Berlin 2012 — "Azərbaycan Nağılı" Bakı 2012 — M. Ə. Sabir "Hophopnamə" Bakı

Sərgiləri 1977 — "BAM" sərgisi, Bakı-Moskva; 1980 — Qrafika sərgisi, Bakı 1985 — "Dostluq palitrası" Bakı-Moskva-Praqa 1994 — "Füzuli-500", Bakı İncəsənət Mərkəzi 2007 — Çank Art, Ankara 2009 — "Şərqdən şərqə" bədii sərgi, Bakı

Mükafatları 1992 — Azərbaycan Respublikasının əməkdar rəssamı 1995 — Sənət uğurlarına görə "Humay" mükafatı 2006 — Azərbaycan Respublikasının xalq rəssamı 2008 — Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü 2023 — "Şöhrət" ordeni

Xatirəsi 2015-ci ildə Azərbaycan televiziyasında istehsal olunmuş Arif Hüseynov. Taleyimin cizgiləri adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.

Ədəbiyyat Arif Hüseynov, Azərbaycan nağılı, Bakı, 2012.

İstinadlar

Xarici keçidlər

Visions.az, Illustrating Life — Azerbaijani Artist Arif Huseynov. Xalq rəssamı Arif Hüseynovun doğum günüdür

Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar rəssamları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları Kateqoriya:XX əsr Azərbaycan rəssamları