Mark Avreli Karin (), Roma tarixşünaslığında daha çox Karin kimi tanınır () — 283–285-ci illərdə hökmranlıq etmiş Roma imperatoru.

Karin pretorian prefekti Karın böyük oğlu idi. Kar imperator elan edildikdən sonra Karini sezar titulu ilə özünə şərik təyin etmişdir. Karin atası və qardaşı Numerianın ölümündən sonra şərq legionlarının Diokletianı imperator elan etməsinə qarşı çıxmışdır. O, Marqa vadisində gedən ümumi döyüşdə məğlub olmuş və öldürülmüşdür.

Karin 283-cü ildən "Ən böyük german" və "Ən böyük pers", 284-cü ildən isə "Ən böyük britan" titullarını daşıyırdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Roma imperatorları