right|thumb|"Musa qızıl buzova qəzəblənir". Müəllif: Vilyam Bleykl. 1799–1800-cü illər.
Bütlərə sitayiş — sanki tanrı imiş kimi bir kult obrazına və ya bütə ibadət etməkdir., Quote: "Idolatry (…) in the first commandment denotes the notion of worship, adoration, or reverence of an image of God." İbrahimi dinlərdə bütlərə sitayiş dedikdə, sanki tanrı imiş kimi İbrahimi tanrıdan başqa bir şeyə və ya kiməsə ibadət etmək nəzərdə tutulur. Bu monoteist dinlərdə bütpərəstlik "saxta tanrılara ibadət" kimi qəbul edilmiş və on qüsurlu hərəkət kimi mətnlərlə qadağan edilmişdir. Bəzi digər monoteist dinlər də oxşar qaydalar tətbiq edilir.
"Saxta tanrı" ifadəsi İbrahimi olmayan paqan dinlərin kult obrazlarını və ya ilahlarını, eləcə də xüsusi əhəmiyyət kəsb edilən digər oxşar varlıqları və ya obyektləri təsvir etmək üçün İbrahimi dinlərdə istifadə edilən alçaldıcı bir termindir. Öz növbəsində, bəzi animist və politeist dinlərin ardıcılları müxtəlif monoteist dinlərin tanrılarını "saxta tanrılar" kimi qəbul edirlər. Heç bir tanrıya inanmayan ateistlər öz baxış bucaqları bütün tanrıları əhatə etsə də, adətən "saxta tanrı" terminindən istifadə etmirlər. Bu terminin istifadəsi ümumiyyətlə bəzi ilahlara ibadət etməyi, ancaq digərlərinə ibadət etməməyi seçən teistlərlə məhdudlaşır.
Dinlərin tarixi bütlərə sitayiş ittihamları və inkarları ilə yadda qalmışdır. Bu ittihamlar heykəlləri və təsvirləri simvolizmdən məhrum hesab edirdi. Alternativ olaraq, bütlərə sitayiş mövzusu bir çox dinlər arasında və ya müxtəlif dinlərin məzhəbləri arasında fikir ayrılıqlarının mənbəyi olmuşdur.
Tarix Venera heykəlciklərinin ən erkən nümunələri Üst Paleolit dövrünə aiddir. Lakin, onların nə üçün istifadə olduğunu və əslində dini ibadətlə bağlı olub-olmadığlarını müəyyən etmək mümkün deyil.
İstinadlar
Əlavə ədəbiyyat Swagato Ganguly (2017). Idolatry and The Colonial Idea of India: Visions of Horror, Allegories of Enlightenment. Routledge. Reuven Chaim Klein (2018). God versus Gods: Judaism in the Age of Idolatry. Mosaica Press. . Yechezkel Kaufmann (1960). The Religion of Israel: From its Beginnings to the Babylonin Exile. Univ. of Chicago Press. .
Xarici keçidlər
Idolatry and iconoclasm, Tufts University Iconoclasm and idolatry, Columbia University
Kateqoriya:İudeoxristianlıq mövzuları Kateqoriya:Din tarixi Kateqoriya:Səmavi dinlər