UEFA Avro 2032 və ya sadəcə Avro 2032 kimi adlandırılan 2032 UEFA Futbol Çempionatı UEFA tərəfindən üzv assosiasiyaların böyük kişilərdən ibarət milli komandaları üçün təşkil edilən 19-cu UEFA Avropa Çempionatı olacaq. Turnirin 2032-ci ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılır. Ev sahibinin 2023-cü ilin sonunda seçiləcəyi gözlənilir və turnirdəki iştirakcı komandaların sayı 32 komandaya qədər artırıla bilər.

Turnirə İtaliya və ya Türkiyədən birinin ev sahibliyi edəcəyi gözlənilir.

Seçim prosesi Ölkələr bir ədəd 60.000 yerlik, bir ədəd (iki olması üstunlukdur) 50.000, dörd ədəd 40.000, üç ədəd isə 30.000 yerlik olmaqla 10 stadionla təkliflərini təqdim etməlidir.

Seçim mərhələləri 16 dekabr 2021-ci ildə UEFA İcraiyyə Komitəsi seçim prosesinin UEFA Avro 2032 ilə paralel keçiriləcəyini elan etdi. Maraqlanan iddiaçı ölkələr turnirlərdən biri üçün təklif verə bilərlər.

Seçim mərhələsi aşağıdakı kimidir:

27 sentyabr 2021: Müraciətlər rəsmi olaraq göndərilir 23 mart 2022: Seçimdə iştirak etmək niyyətinin qeydiyyatı üçün son tarix 30 mart 2022: Seçim tələbləri iddiaçılara təqdim edilir 5 aprel 2022: İddiaçıların elanı 28 aprel 2022: İddiaçılar üçün seminarın açılışı 16 noyabr 2022: İlkin tender sənədlərinin təqdim edilməsi 12 aprel 2023: Yekun tender sənədlərinin təqdim edilməsi sentyabr 2023: Təklifin təqdimatı və ev sahibinin elanı

Təsdiqlənmiş təkliflər Turnirə ev sahibliyi etmək üçün üç maraqlı ölkə (biri sonradan qeyri-münasib hesab edilir) UEFA tərəfindən 23 mart 2022-ci il tarixindən əvvəl qəbul edilmişdir.

İtaliya – 2019-cu ilin fevral ayında İtaliya Futbol Federasiyasının prezidenti Qabriele Qravina "Sky Sport Italia"ya federasiyanın təklifi nəzərdən keçirdiyini söylədi. Təklif İtaliyanın Avro 2020-də qalib gəlməsindən bir neçə gün sonra Qravina tərəfindən yenidən təklif edildi. İtaliya daha əvvəl 1968 və 1980-ci illərdə turnirə ev sahibliyi edib və çoxmillətli Avro 2020-nin dörd oyunu Romada keçirilib. 2022-ci ilin fevralında İtaliya federasiyası, yarışın keçiriləcəyi obyektlərin qurulması üçun daha çox vaxr lazım olduğu üçun 2028-ci il əvəzinə Avro 2032-yə namizəd olacağını açıqladı. Həmçinin martın 23-də İtaliyanın təklifi rəsmi olaraq təsdiqləndi.

2022-ci ilin noyabrında İtaliya yarışların keçirilməli olduğu on bir şəhərlə ilkin sənədlərini təqdim etdi: Roma, Milan, Neapol, Turin, Palermo, Genuya, Boloniya, Florensiya, Bari, Kalyari və Verona.

Türkiyə – Martın 23-də Türkiyə Futbol Federasiyası Avro-2028-ə ev sahibliyi etmək üçün ərizə təqdim etdiyini təsdiqləyib.

Rədd edilmiş təklif Rusiya – Martın 23-də də, ölkəsinin Ukraynanı işğal etməsi səbəbindən UEFA-nın Rusiya klublarının və Rusiya milli komandasının iştirakına qadağa qoymasına baxmayaraq, Rusiya öz təklifini elan edir. 2 may 2022-ci ildə UEFA Rusiyanın 2028 və 2032-ci illər üçün təklifləri qeyri-məqbul elan etdi.

İstinadlar

Kateqoriya:İllərinə görə UEFA Avropa Kuboku Kateqoriya:2032-ci ildəki hadisələr Kateqoriya:Avropa çempionatları Kateqoriya:İtaliyanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri