() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Haqqında Erkəyi başqa vələmirquşlarından başının üstünün və yanlarının qara rəngi ilə seçilir. Qanadları və quyruğu qonur, beli qəhvəyidir. Bədəninin bütün alt tərəfi parlaq sarıdır. Dişilərdə və cavanlarda bədənin üstü sarımtıl- boz, altı isə sarımtıl-bulaşıq-ağdır. Yuvalama dövründə cüt-cüt, qalan vaxtlarda sürü ilə gəzir. Arealı Avropa və Asiyadı. Hindistanda qışlayır. Azərbaycanda hündür dağlıqdan başqa qalan yerlərdə geniş yayılmışdır. Kolluqlarda və seyrək ağaclı açıq yerlərdə məskunlaşır. Apreldə uçub gəlir, sentyabrda köçür. Yuvası xırda kollarda, nadir hallarda yerdə olur. Mayda və İyunda 4-5 göyümtül – ağ, qonur xallı yumurta qoyur. Gec qoyumlar itirilmiş yumurtaları əvəz edir. Toxumlar və həşəratlarla qidalanır, cücələrini başlıca olaraq cücələrlə yemləyir. Vələmirquşları düzənliklərdə alp çəmənliklərində əlverişli biotoplarda yaşayırlar. Bu zaman tarla vələmirquşu bəzən ümümiyyətlə kolluqsuz tarla və çəmənlərə üstünlük verir, qamışlıq vələmirquşu çayların və göllərin kənarlarında məskunlaşır, qarabaş isəayrı-ayrı kol və ya ağac olan yerləri sevir. İldə 2 dəfə yumurta qoyurlar.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:1769-cu ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası