Əhməd Zəki Əbu Şadi (; ) — Misir şairi, yazıçısı, filoloqu və tərcüməçisi. 1946-cı ildən ABŞ-də yaşamışdır.
Həyatı Əhməd Zəki Əbu Şadi 9 fevral 1892-ci ildə Qahirədə anadan olmuşdur. O, 1912–1922-ci illərdə London Universitetində bakterioloq kimi təhsil alıb. Əbu Şadi 1936-cı ildə Qahirədə "Apollon" ədəbi dərnəyini və Misir poeziyasının müxtəlif cərəyanlarının nümayəndələrinin ətrafında toplandığı eyniadlı jurnalı təsis etmişdir. O, 1939-cu ildən İsgəndəriyyədə "Ədəbi" jurnalını nəşr etdirir. Əbu Şadi 1946-cı ilin aprelində ABŞ-yə köçmüşdür. O, Nyu-Yorkda ərəb koloniyasının qəzet və jurnallarının redaktoru, Asiya İnstitutunda ərəb ədəbiyyatı professoru idi. Əbu Şadi lirik qəsidələr, hekayələr və mənzum dramlar yazmışdır: "Sübhdə şeh" (1910), "Şüalar və kölgələr" (1931), "Bahar görüntüləri" (1933) topluları; "İbn Zeydun həbsdə" (1925), "İmrul-Qaisin ölümü" (1925) tarixi romanları və s. O, ərəb poetikası üzrə tədqiqatların, ədəbi-tənqidi məqalələrin müəllifidir. Əbu Şadi Şərqi və Qərbi Avropa şairlərini, o cümlədən Hafiz Şirazinin qəzəllərini, Ömər Xəyyamın rübailərini, Vilyam Şekspirin faciələrini tərcümə etmişdir.Энциклопедический словарь. 2009. Абу Шади Ахмед Заки.
İstinadlar
Xarici keçidlər
Bioqrafiya və bəstələrin siyahısı
Kateqoriya:Misir yazıçıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Misir jurnalistləri