"Með hækkandi sól" (), () — İslandiyalı folklor qrupu Sistış tərəfindən ifa edilən mahnı. Mahnı İslandiyanı İtaliyanın Turin şəhərində keçirilən sayca 66-cı Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Mahnı Musiqi prodüseri Arnar Qudyonşon olan "Með hækkandi sól" mahnısı, əvvəllər "Tripolia" adı ilə də tanınan, Siqriduş, Elizabet və Elin Eyfuşdoftiş üçlüsü tərəfindən ifa edilmişdir. Xalq estrada janrlı həzin musiqi əsərinin sözləri və bəstəsi isə, Lovisa Elizabet Siqrunardoftiş tərəfindən ərsəyə gətirildi.
Buraxılış tarixi
Ərazi Tarix Müddət Format Etiket Dünya üzrə 5 fevral 2022 3:00 Rəqəmsal yükləmə The Orchard Enterprises
Beynəlxalq arenada "Með hækkandi sól" mahnısı İslandiyanın milli seçim yarışması olan "Söngvakeppnin 2022"də, Sistış üçlüsünün ifası ilə qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı.
Avroviziya Mahnı Müsabiqəsi 2022
İslandiya təmsilçiləri sayca 66-cı Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-final mərhələsində, toplam 103 xal toplayaraq, 10-cu sırada möhtəşəm finala vəsiqə qazanmışdır. Böyük finalda, Yunanıstandan sonra və Moldovadan əvvəl, 18-ci nömrə altında səhnədə yer alaraq, "Með hækkandi sól" mahnısını bir daha canlı ifa edən Sistış üçlüsü, yarışmanın yekun səsvermə nəticələrinə əsasən, 20 xal toplayaraq, beynəlxalq müsabiqəni 23-cü sırada tamamlamışdır.
Aşağıdakı cədvəldə, "Með hækkandi sól" mahnısına, ölkələr üzrə(Münsiflər heyəti və Telesəsvermə əsasında) təqdim edilən xallar sistemi(Böyük finalda) göstərilmişdir.
+ "Með hækkandi sól" mahnısına təqdim edilmiş xallar(Yalnız böyük finalda); Xal Telesəsvermə Jüri 12 xal 10 xal 8 xal 7 xal 6 xal 5 xal 4 xal 3 xal 2 xal 1 xal
Çartlarda Çart (2022) Zirvə nöqtəsi İslandiya (Plötutíðindi) 1 Litva (AGATA) 38
İstinadlar Kateqoriya:2022 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları