Azərbaycan SSR əməkdar maşınqayıranı () — Azərbaycan SSR-də maşınqayırma sənayesi sahəsində fərqlənmiş şəxslərə 1983-cü ildən verilən fəxri ad.

Tarixi və əsasnaməsi "Azərbaycan SSR əməkdar maşınqayıranı" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 26 avqust 1983-cü il tarixli Fərmanı ilə təsis edilmişdir.

Fəxri ad maşınqayırma müəssisələrinin, birliklərinin, elmi-tədqiqat və digər idarələrinin bu sahədə azı 15 il işləmiş fəhlələrinə, mühəndis-texnik işçilərinə verilirdi.

5 fevral 1991-ci ildə Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılmasından, daha sonra isə Azərbaycanın müstəqillik əldə etməsindən sonra "Azərbaycan SSR əməkdar maşınqayıranı" fəxri adı heç bir hüquqi sənəd qəbul olunmadan 1993-cü ilədək "Azərbaycan Respublikasının əməkdar maşınqayıranı" adı ilə verilmişdir.

İstinadlar

Həmçinin bax Azərbaycan SSR əməkdar energetiki Azərbaycan SSR əməkdar geoloqu Azərbaycanın fəxri adları

Kateqoriya:Azərbaycan SSR fəxri adları