Xor Olimpiadaları 2000 — İnterkultur fondu tərəfindən xor ifaçıları üçün təşkil edilən, ilk ümumdünya musiqi hadisəsi. Müsabiqə Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur.
Müsabiqə Yeni eranın başlanğıcında, dünyanın müxtəlif qitələrindən təqribən 15 000-dən çox xor ifaçısı Birinci Xor Olimpiadalarının premyerasını başlatmaq üçün, Avstriyanın Linz şəhərində bir araya gəlmişdir. İnterkultur fondunun rəhbəri Qüntər Teçşin başçılığı və Avstriya federal prezidenti Tomas Klestilin himayədarlığı altında, 7 – 16 iyul 2000-ci il tarixlərində baş tutan tədbirdə, ümumilikdə 28 kateqoriya üzrə 342 xor musiqi qrupu, 403 yarışmada qələbə uğrunda mübarizəyə qoşulub. Beynəlxalq münsiflər heyətinə daxil olan və 51 nəfərlik qrupdan ibarət xüsusi xor mütəxəssisi yarışmanın yekununda, 69 qızıl, 124 gümüş və 34 bürünc medalı öz sahibinə təqdim etmişdir.
Olimpiada günlərində qlobal xor ictimaiyyətinin nümayəndələri, xor musiqisinin hazırkı vəziyyəti haqqında məlumatların, YUNESKO-nun Beynəlxalq Musiqi Şurasına(BMM) təhvil verilməsi üçün qətnamə qəbul edib.
Kateqoriyalar Birinci Xor Olimpiadalarında, ölkələrin mübarizə apardığı müxtəlif kateqoriyaların adları aşağıdakı siyahıda təqdim edilmişdir:
Uşaq xorları Bərabər səsli gənclik xorları Gənc xorları Qarışıq gənc xorları Qarışıq vokal ansamblları Qarışıq xorlar Qriqorian nəğmələri Sakra və kapella musiqisi Sakra musiqisi Müasir xor musiqisi Vokal, caz və digər janrlar Qospel və İlahi xorlar Populyar xor musiqisi Folklor və kapella İnstrumental folklor Səhnə folkloru
Qaliblər Birinci Xor Olimpiadalarının yekun nəticələrinə əsasən, qızıl medal sayına görə ən güclü qalib beşliyin siyahısı, aşağıdakı cədvəldə təqdim olunmuşdur: Dərəcə Ölkə Xal 01 Macarıstan 10 02 Çin 8 03 Almaniya 7 04 İndoneziya 6 05 Rusiya 5
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İkiillik tədbirlər Kateqoriya:Xor müsabiqəsi Kateqoriya:2000-ci ildə qurulub təkrarlanan tədbirlər