Flowers () — ABŞ müğənnisi Mayli Sayrus tərəfindən ifa edilmiş mahnı. Mahnının təqdimatı 12 yanvar 2023-cü ildə Columbia Records leyblı tərəfindən həyata keçirilmişdir. Mahnı, müğənninin səkkizinci studiya albomu olan "Endless Summer Vacation" (2023) albomunun lid-sinqlı kimi təqdim edilmişdir. Mahnı böyüq uğur qazanaraq, ilk yayım həftəsində Spotify yayım servisində 101 milyon dəfədən çox dinlənmiş, eyni zamanda, dünyanın müxtəlif ölkələrində hit paradların zirvəsinə yüksəlmişdir. İstinadlar
Kateqoriya:2023-cü ilin sinqlları Kateqoriya:2023-cü ilin mahnıları Kateqoriya:Columbia Records sinqlları Kateqoriya:Mayli Sayrus mahnıları Kateqoriya:Çiçəklər haqqında mahnılar Kateqoriya:2022-ci ilin mahnıları