Yeyənkənd – Azərbaycan Respublikasının Masallı rayonunun Yeyənkənd kənd inzibati ərazi dairəsində kənd.
Tarixi 5 mart 2013-cü ildə Allahyarlı kəndi Yeyənkənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq Ərkivan qəsəbə inzibati ərazi dairəsi tərkibinə verilmişdir.
Əhali 14 may — 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsinin, Bambaşı kənd cəmiyyəti tərkibinə daxil olan Yeyənkənd kəndində 40 evdə şiə təriqətli müsəlman azərbaycanlılardanQeyd: mənbədə tatarlardan ibarət 240 nəfər (142 nəfəri kişilər, 98 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации ). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893 Hazırda əhalisi 1689 nəfərdir.
Mənbə ASE, V cild, Bakı, 1981, səh. 102
İstinadlar
Kateqoriya:Masallı rayonunun kəndləri