Mollaoba — Azərbaycan Respublikasının Masallı rayonunun Boradigah qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Masallı rayonunun faktiki mövcud olan Mollaoba kəndi dəqiqləşdirmə qaydasında Boradigah qəsəbə Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Coğrafiyası və iqlimi Burada yayı quraq keçən mülayim isti iqlim üstündür. Havası rütubətlidir. Mollaoba iki böyük məhəllədən və kiçik məhəllələrdən (Daşqunlu, Ətcəli) ibarətdir.
Əhalisi Mollaoba əhalisinin buraya gəlmə əhali olduğu haqqında bir–çox mülahizələr vardır. Bunlardan birinə görə kəndin əhalisi 1556-cı ildə Şamaxı zəlzələsindən sonra buraya köç etmiş bir neçə ailənin nəsil davamçılarıdır.
14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Boradigah kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qəzvinoba, Şatıroba, Babaser, Mollaoba və Tüklə kəndlərində toplam 291 evdə şiə təriqətli müsəlman türklərdən ibarət 2.628 nəfər (1.508 nəfəri kişilər, 1.120 nəfəri isə qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации ). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
2009-ci il siyahıyaalınmasına əsasən, Mollaoba kənd sakinlərinin sayı 3211 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
İqtisadiyyat
Zəliyetişdirmə Sovetlər dönəmində bu kənddə zəliyetişdirmə kombinatı olub.Zəliyə zəlil qalsaq... milli.az, 29.12.2012
Hazırda kəndin bəzi sakinləri həyətyanı sahədə zəli yetişdirməklə məşğuldurlar.Min bir dərdin dərmanı zəli - REPORTAJ . apa.tv, 18.12.2015 Burada əsasən yerli qara zəli növü yetişdirir. və həmçinin dəmirçilik sənəti ilədə taninir
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri