və ya əsl adı ilə Zenzen – Yaponiya həkimi və filoloqu. Hirosaki hanından olan Tsuqaru ailəsinin həkimi olmuşdur.

Həyatı Çusay 1805-ci ildə Edo şəhərində doğulmuş və həyatının çoxunu bu şəhərdə keçirmişdir. Atası Şibue İnsey də həkim idi. Çusay 1844-cü ildə Tokuqava şoqunluğunun Çin tibbi üzrə məktəbinin – Seycukanın professoru təyin olunmuş, ölümünə qədər bu vəzifəni tutmuşdur. Konfusiçi alim kimi Koşoqu məktəbinin əsas fiqurlarından biri olmuşdur. İçino Meyan və Kariya Ekisay tərəfindən başladılmış filologiya araşdırmaları ənənəsini davam etdirmiş, Mori Kien ilə birlikdə klassik Çin mətnlərinin biblioqrafiyası olan "Keyseki hoko şi" əsərini yazmışdır.

Tibb sahəsində isə Heyan dövrünün yenidən kəşf edilmiş tibb kitabı olan "İşimpo"nun nəşr olunmasından məsul olan heyətin üzvü olmuşdur. O, xüsusilə, diaqnozlarına görə tanınmış, dövrünün ən yaxşı həkimlərindən biri hesab olunmuşdur. Çin tibbinin klassikləri haqqında şərhlər yazmışdır. Çusay və tibb müəllimi İsava Ranken 1916-cı ildə Mori Oqay tərəfindən yazılmış bioqrafiyadan sonra tanınmışdırlar.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya həkimləri Kateqoriya:Yaponiya filoloqları Kateqoriya:Edo dövrü şəxsləri