Oleq İvanoviç Aven (; ) — avtomatik idarəetmə sahəsində SSRİ və Rusiya alimi, SSRİ Elmlər Akademiyasının (1984–1991) və Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991-ci ildən), texnika elmləri doktoru, professor.
Həyatı 1950-ci ildən SSRİ Elmlər Akademiyasının Avtomatika və Telemexanika İnstitutunda (indiki Vadim Trapeznikov adına İdarəetmə Problemləri İnstitutu) işləmişdir. İnstitutun kiçik elmi işçisindən elmi katibə qədər (1960-cı ildən) keçmişdir. 1960-cı ildən Sov. İKP üzvüdür. 1968-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Laboratoriyasını təşkil etmiş və 1992-ci ilə qədər ona rəhbərlik etmişdir. Eyni zamanda o, SSRİ Avtomatik İdarəetmə Milli Komitəsinin elmi katibi və SSRİ Elmlər Akademiyası Rəyasət Heyəti yanında Sistem Təhlili Komitəsinin məsul katibi vəzifələrində çalışmışdır. 26 dekabr 1984-cü ildə SSRİ Elmlər Akademiyasının informatika, hesablama texnikası və avtomatlaşdırma şöbəsinə müxbir üzvü seçilmişdir. 1 mart 1992-ci ildə Moskvada vəfat etmişdir. Donskoye qəbiristanlığının 10 saylı bölməsində dəfn edilmişdir.
Əsərləri
İstinadlar
Xarici keçidlər Биография на сайте Института проблем управления Список трудов // в каталоге РГБ. Информационная система "Архивы Российской академии наук" Московские могилы
Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri Kateqoriya:Rusiya Elmlər Akademiyasının müxbir üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri