Triennale di Milano — İtaliyanın Milan şəhərindəki Sempione parkında yerləşən incəsənət və dizayn muzeyidir.
Tarixi O, Giovanni Muzio tərəfindən layihələndirilmiş və 1931-1933-cü illər arasında tikilmiş Palazzo dell'Arte-də yerləşir. Muzeyin tikintisi Antonio Bernocchi və onun qardaşları Andrea və Michele tərəfindən maliyyələşdirilib. Beynəlxalq incəsənət və dizayn sərgisi olan Milan Triennali muzeydə 1936-1996-cı illər arasında on üç dəfə və iyirmi illik fasilədən sonra yenidən 2016-cı ildə keçirildi. Fəaliyyəti 2003-cü ildən muzey İtaliya Memarlığına görə üç illik qızıl mükafat təqdim edir. İtalyan dizaynının daimi muzeyi, 2007-ci ildə açılan Triennale Dizayn Muzeyi dizayn, memarlıq və vizual, səhnə və tamaşa sənətlərini nümayiş etdirir. Binada həmçinin Muzio tərəfindən dizayn edilmiş Teatro del Arte teatrı da var . 2019-cu ildə XXII Triennial "Sınıq Təbiət" adı altında insanlar və təbiət arasındakı əlaqəni araşdıran dizayn yanaşmalarına diqqət yetirərək keçirildi.
İstinadlar
Kateqoriya:İtaliya muzeyləri Kateqoriya:Dizayn muzeyləri Kateqoriya:İtaliyada sənət