thumb|Şibuy interyeri. – yapon dilində sadə, gözə çarpmayan, incə gözəlliyi ifadə edən termin. Muromaçi dövrünün sənətkarları tərəfindən yaradılmış konsepsiyadır. Termin rəng, dizayn, dad, səs, hətta insan davranışına şamil edilə bilər. və isim formalarıdır.
Terminologiya Şibuy anlayışı Yaponiyada orta əsrlərin estetika anlayışı nəticəsində yaranmış, vabi-sabi və iki kimi konsepsiyaları əhatə etmişdir. "Şibuy" sözü kal, yetişməmiş alçaya istinadən hərfi mənada "büzücü" və ya "turş" deməkdir. Belə ki, bu termin ortaya çıxdığı ilk vaxtlarda alçaldıcı mənada işlədilirdi. Lakin orta əsrlərin sənətkarları sadə, gözə çarpmayan gözəlliyi ön plana çıxardıqdan sonra müsbət mənada işlədilən terminə çevrilmişdir. Xüsusilə, Edo dövründə səssiz və cəlbedici atmosferə üstünlük verən şəxslər arasında geniş istifadə olunan termin olmuşdur.
Usta müğənninin sakit mahnısı, təcrübəli aktyorun intizamnlı performansı və ya tanınmış keramika sənətçisinin sadə dizaynı şişirdilmiş, təvazökar gözəlliyə malik olduğu üçün şibuy kimi qiymətləndirilirdi. Şişirdilmiş, rəngarəng gözəllik sofistikə olmayan şəxslərə uyğun idi, lakin şibuy gözqamaşdırıcı gözəlliyə aldanmayan, bütün növ gözəlliklərdən doymuş şəxslərə aid edilirdi.
Müasir dövrdə Şibuya meyil müasir Yaponiyada da davam edir və sadə estetika anlayışını formalaşdıraraq memarlıq, interyer dizaynı, keramika və digər incəsənət sahələrində özünü götürür. Termin Yaponiya beyzbolunda da istifadə olunur: meydançada şou sərgiləməyən, amma nəzərə çarpmayan yollarla komandasına əhəmiyyətli töhfələr verən beyzbolçuya şibuy deyilir.
Şibuy konsepsiyası 1960-cı illərdə Qərb dünyasında da tanınmağa başlamışdır. Belə ki, ABŞ-nin "House Beautiful" jurnalı şibuy haqqında iki xüsusi buraxılış yayımlamışdır.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Estetika anlayışları Kateqoriya:Yaponiya estetikası Kateqoriya:Yapon dilində sözlər və ifadələr