Xose Mariya Pino Suarez (; ) — Meksika siyasətçisi, dövlət xadimi, inqilabçısı, hüquqşünası, şairi və jurnalisti, 1911–1913-cü illərdə Meksika Vitse-prezidenti.
Həyatı Xose Mariya Pino Suarez 1869-cu ildə Tenosike şəhərində anadan olmuşdur. O, Fransisko İqnasio Maderoya qoşulmuş və Maderonun Syudad-Xuaresdə rəhbərlik etdiyi müvəqqəti hökumətdə ədliyyə naziri olmuşdur. Yukatan qubernatoru kimi xidmət etmiş, sonra Meksika Vitse-prezidenti olmuşdur. 1913-cü ildə Mexikoda baş tutan hərbi çevrilişdə Meksika Prezidenti Fransisko İqnasio Madero ilə birlikdə öldürülmüşdür.
İstinadlar
Əlavə ədəbiyyat Tadeusz Łepkowski: Historia Meksyku. Wrocław: Ossolineum, 1986
Xarici keçidlər José María Pino Suárez
Kateqoriya:Meksika siyasətçiləri Kateqoriya:Meksika şairləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Meksika jurnalistləri