Nadir Cuxədar () () — Suriya futbol məşqçisi və hücumçusu. 1996-cı ildə keçirilmiş Asiya Kubokunda Suriya milli futbol komandasının heyətində çıxış etmişdir.

Karyerası Cuxədar klub karyerasına Suriyanın "Əl-Vətba" klubunda başlamışdır. Daha sonra İordaniyada legioner həyatı yaşayaraq "Əl-Faysali" və "Əl-Vəhdət" klublarında çıxış etmişdir. O, Suriya milli komandasının heyətinə seçilərək 1996 Asiya Kubokunda çıxış etmişdir.

Futbolçu karyerasını başa çatdırdıqdan sonra məşqçi olmuşdur. 2022-ci ilin iyulunda Livan çempionatında çıxış edən "Salam Zqarta" klubunun baş məşqçisi təyin olunmuş, lakin 10 avqustda istefaya göndərilmişdir.

Ölümü 6 fevral 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsi nəticəsində Suriyanın Cəblə şəhərində oğlu ilə birlikdə ölmüşdür.وفاة الدولي السوري السابق نادر جوخدار جراء الزلزال المدمّر

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Türkiyə–Suriya zəlzələsində (2023) ölənlər Kateqoriya:Suriya futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Suriya futbol məşqçiləri