Feliks Mariya Suloaqa (; ) — Meksika hərbi və siyasi xadimi, 1858-ci ildə Meksika Prezidenti.
Həyatı Feliks Mariya Suloaqa 31 mart 1813-cü ildə Alamosda anadan olmuşdur. O, varlı meksikalı ailədən gəlirdi. Suloaqa liberalların yüksəlişinin qarşısını almaq üçün 1857-ci ildə İqnasio Komonforta qarşı üsyana rəhbərlik etmişdir. O, 1858-ci ildə Mexiko şəhərini ələ keçirmiş, hakimiyyətdəki prezident ABŞ-yə sığınmiş və Suloaqa tam səlahiyyətləri öz üzərinə götürmüşdür. Keretaroda toplaşan liberallar Benito Xuaresin prezidentliyə namizədliyini irəli sürmüşdülər. Potensial vətəndaş müharibəsi qarşısında qalan Suloaqa hakimiyyəti Migel Miramona vermişdir. O, 1860-cı ildə özünü prezident elan etmək üçün uğursuz cəhd etmiş, sonra 1864-cü ildə Maksimiliana sadiq olduğunu elan etmiş, lakin 1865-ci ildə ona qarşı qalxmışdır.
İstinadlar
Əlavə ədəbiyyat
"Zuloaga, Félix María", Enciclopedia de México, v. 14. Mexico City, 1996, . García Puron, Manuel, México y sus gobernantes, v. 2. Mexico City: Joaquín Porrúa, 1984. Orozco Linares, Fernando, Gobernantes de México. Mexico City: Panorama Editorial, 1985, .
Xarici keçidlər
Elbalero.gob.mx: Short biography An 1860 New York Times report on Zuloaga's activities
Kateqoriya:Meksika prezidentləri Kateqoriya:Meksika generalları