İspaniyanın himni() — İspaniyanın dövlət himni. Rəsmi sözləri olmayan nadir milli himnlərdən biridir. Bu himn Avropanın ən qədim himnidir, mənşəyi məlum deyil. Onun adı ilk dəfə Manuel de Espinosanın 1761-ci ildə "Libro de Ordenanza de los toques militares de la Infantería Española" kitabında Marça Granadera (Bombermançının Marşı) adı ilə, lakin anonim əsər kimi qeyd edilmişdir. Marça Granadera 1770-ci ildə Kral III Çarlz tərəfindən rəsmi "şərəf himni" kimi qəbul edilmişdir. Kralın, Kraliçanın və vəliəhdin heç bir təzyiqi olmadan rəsmi mərasimlərə qatıldığı zaman fasiləsiz səslənən himn qısa müddətdə xalq arasında "La Marcha Real" adlandırılaraq milli himnə çevrilmişdir.

Musiqisi

Himnin sözləri İspan mətni ¡Viva España! Cantemos todos juntos con distinta voz y un solo corazón

¡Viva España! desde los verdes valles al inmenso mar, un himno de hermandad

Ama a la patria pues sabe abrazar, bajo su cielo azul, pueblos en libertad

Gloria a los hijos que a la Historia dan justicia y grandeza democracia y paz.Hərfi tərcümə Yaşasın İspaniya! Hamısını birlikdə oxuyun. Fərqli səslərdə Ancaq bir ürəklə. Yaşasın İspaniya! Yaşıl dərələrdən Sərhədsiz dənizə Qardaşlıq marşı! Vətəni sevin Qucaqlamağı bilmək, Mavi səmanın altında Azad xalqlar. Oğullara halal olsun Tarixi nə verdi Ədalət və böyüklük Demokratiya və sülh.''

İstinadlar

Kateqoriya:Dövlət himnləri Kateqoriya:Ölkələrinə görə himnlər Kateqoriya:İspan dilində mahnılar Kateqoriya:Si-bemol major tonallığında olan əsərlər