Teodor Hertsl () — Avstriya-Macarıstan İmperiyasında anadan olmuş yəhudi jurnalist, dramaturq, siyasi fəal, yazıçı və müasir siyasi sionizm cərəyanının banisi. Hertsl Dünya Sionist Təşkilatını formalaşdırmış və başqa bölgələrdə yaşayan yəhudilərin Fələstinə immiqrasiyası sayəsində burada yəhudi dövlətinin əsasının qoyulması fikrinin əsasını qoymuşdur. Müstəqil dövlət kimi formalaşmasını öz sağlığında görə bilməsə də, İsrail Dövlətinin banisi hesab olunur.
Hertslın adı İsrailin Müstəqillik Bəyannaməsində xüsusilə qeyd olunur və ona "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət olunur.Israel Ministry of Foreign Affairs, Declaration of Establishment of State of Israel Bütün bunlarla birlikdə o heç də ilk sionist nəzəriyyəçi və ya alim deyildi. Ondan əvvəl də ilkin sionist ideyaların yayılmasında böyük rol oynamış Yehuda Bibas, Zvi Hirş Kalişer və İuda Alkalay kimi ravvinlər var idi.Penkower, Monty N. "Religious Forerunners of Zionism." Judaism 33.3 (1984): 289.
Həyatı thumb|Hertsl ailəsi, 1866–1873-cü illər Teodor Hertsl Macarıstan krallığında indiki Budapeşt şəhərinin şimal-qərbində yerləşən yəhudi məhəlləsində dünyəvi ideyalara sahib yəhudi ailəsində anadan olmuşdur.Theodor Herzl: Founder of Political Zionism, Israel Cohen Atası əslən Serbiyanın Zimoni şəhərindən (indiki Zemon şəhəri) idi.Theodor's father and grandfather were born in Zemun. See O, almandilli və assimilyasiyaya məruz qalmış yəhudilər olan Janett və Yakob Hertslın ikinci övladı kimi dünyaya gəlmişdi. Hertsl ailəsinin həm ata, həm də ana tərəfdən Aşkenazi və Səfərad yəhudilərindən olduğu bildirilir. Onun məşhur yunan kabbalisti Yosef Taytatsakın nəslindən olduğu da bilinir.
Atası Yakob Hertsl (1836–1902) böyük uğurları olan biznesmen idi. Teodorun özündən bir yaş böyük olan bacısı Paulina 7 fevral 1878-ci ildə yatalaq xəstəliyi səbəbilə vəfat etmişdir. Teodor öz ailəsi ilə birlikdə Budapeştin şərq hissəsindəki "Böyük sinaqoq"un yaxınlığındakı evdə yaşayırdı.
Gənclik illərində Süveyş kanalının tikintisinə rəhbərlik etmiş fransız diplomatı Ferdinand de Lessepsi özünə nümunə kimi götürsə dəChouraqui, André. A Man Alone: The Life of Theodor Herzl. Keter Books, 1970, p. 11., elm sahəsində uğurlu olmadıqdan sonra ədəbiyyat və humanitar sahələrə olan marağı artır.Elon, Amos (1975). Herzl, pp. 21–22, New York: Holt, Rinehart and Winston. . Bu həvəsi sonradan jurnalist və daha az tanındığı dramaturq kimi işlərində özünə böyük təsiri olur. Yəhudi jurnalist və yazar Amos Elona görə Hertsl öz gəncliyində alman mədəniyyətinin vurğunu olmuş, alman mədəniyyətinin bütün yaxşı tərəflərini özündə əks etdirən "Bildunq" fəlsəfəsini qəbul etmiş və almanları Mərkəzi Avropanın ən mədəni xalqı hesab edirdi. Hertslın ən çox oxuduğu yazarlara Göte və Şekspir daxil idi və həmin yazarların əsərləri ona daha mədəni biri olmaqda kömək etmişdi. "Bildunq"dan öyrəndiklərinə əsasən Hertsl inanırdı ki, özü də daxil olmaqla digər bütün Macarıstan yəhudiləri əsrlər boyunca özlərinin getdikcə yoxsullaşmasına və təzyiqlərə məruz qalmasına səbəb olan "utanc verici yəhudi xarakterləri"ndən əl çəkməli və beləliklə almanlar kimi Mərkəzi Avropanın digər xalqları ilə birlikdə inkişaf etmiş mədəniyyətə sahib millətlərə qoşulmalıdırlar.Elon, Amos (1975). Herzl, p. 23, New York: Holt, Rinehart and Winston. .
1878-ci ildə bacısı Paulinanın vəfatından sonra Teodor ailəsi ilə birlikdə Avstriya-Macarıstan İmperiyasının Vyana şəhərinə köçdülər. O, elə bu şəhərdə yerləşən Vyana Universitetində hüquq təhsili almışdır. Gənc hüquq tələbəsi kimi burada təhsil aldığı müddətdə alman millətçiliyini və liberalizmi təbliğ edən "Burşenşaft" təşkilatına qoşulmuş, lakin sonradan təşkilatın antisemitizm meylli fikirlərini öyrəndikdən sonra həmin qurumu tərk etmişdir.Herzl Museum: Herzl – A Man of His Times
Vyana Universiteti və Zalsburq şəhərindəki qısamüddətli karyerasının ardınca jurnalistika və ədəbiyyat sahələrinə keçmiş, mərkəzi Vyanada yerləşən "Neue Freie Presse" ("Yeni Xəbərlər Qəzeti") qəzetində müxbir kimi fəaliyyət göstərdiyi dövrdə London və İstanbul kimi böyük şəhərlərə xüsusi səfərlər həyata keçirmişdir. Sonradan həmin qəzetin ədəbi redaktoru vəzifəsinə yüksəldikdən sonra Vyanada səhnələnmiş bir neçə komediya və dramın müəllifi olmuşdur. Onun ilk işi yəhudilərin həyatı üzərində fokuslanmamışdı və felyeton janrında idi.M. Reich-Ranicki, Mein Leben, (München 2001, DTV GmbH & C0. — ), p. 64.
Sionist intellektual və aktivist thumb|right|180px|Teodor Hertsl Bazel şəhərində, 1897-ci il
Hertsl "Neue Freie Presse" qəzetinin Paris müxbiri kimi Üçüncü Fransız Respublikasını 1894-cü ildən 1906-cı ilə qədər iki hissəyə bölən siyasi skandal olan "Dreyfus işi"ni izləmişdir. Bu, Fransada yaşayan yəhudi ordu kapitanının səhvən Almaniyaya casusluq etməsi səbəbilə həbs olunması nəticəsində Fransada baş vermiş bədnam antisemitik insident idi. Hertsl Dreyfus məhkəməsindən sonra Parisdəki kütləvi mitinqlərin şahidi oldu. Bu hadisənin Hertslın sionizmə keçid etməsində böyük rol oynadığı barədə ciddi şübhələr var. Hertsl vaxtilə özü bəyan etmişdi ki, Dreyfus məsələsi və izdihamın "Yəhudilərə ölüm" çağırışları onun sionizm siyasi cərəyanına keçid etməsinə səbəb olan əsas hadisə olmuşdu. Bununla belə, bəzi müasir araşdırmaçılar "Dreyfus işi"nin Hertslın ilkin yazılarında çox az hallandığını bildirmiş və bu məsələnin onun sonrakı ideyalarına birbaşa təsir etməsi ehtimalının cüzi səviyyədə olduğunu bildirmişdir.Cohn, Henry J., "Theodor Herzl's Conversion to Zionism," Jewish Social Studies, Vol. 32, No. 2 (Apr. 1970), pp. 101–110, Indiana University Press, https://www.jstor.org/stable/4466575 Hoare, Liam, "Did Dreyfus Affair Really Inspire Herzl?," 26 fevral 2014, 'The Forward', http://forward.com/the-assimilator/193316/did-dreyfus-affair-really-inspire-herzl/
thumb|175px|Fələstin sahillərinə yaxınlaşan gəminin göyərtəsində dayanan Hertsl, 1898-ci il
Jak Kornberq iddia edirdi ki, Dreyfus məsələsinin Hertslın ideyalarına təsir etməsi sadəcə mifdir və onun özü də Dreyfusun günahkar olduğunu qəbul edirdi.Jacques Kornberg, "Theodor Herzl: A Reevaluation," Journal of Modern History, Vol. 52, No. 2 (Jun. 1980), pp. 226–252 Published by the University of Chicago Press jstor.org Digər bir müasir iddiaya əsasən isə fransız cəmiyyətindəki antisemitizm meyllərinin artmasından narahat olması ilə birlikdə, Hertslın da digər qabaqcıl müşahidəçilər kimi ilkin mərhələdə Dreyfusun məlum məsələdə günahkar olduğunu qəbul etməsinə baxmayaraq, daha sonradan bu məsələnin getdikcə qloballaşması nəticəsində antisemitizm meyllərinin digər Avropa ölkələrinə də yayılmasından dolayı sionizmə qoşulduğu bildirilir. 1895-ci ildə Vyanada getdikcə öz təsirini daha da artıran antisemitik fikirləri ilə məşhur Avstriya Xristian Sosial Partiyasının sədri, demaqoq Karl Lügerin xüsusilə onun gələcəkdə siyasi fikirlərini dəyişməsində böyük rolu olmuşdur. Bu hadisələrin təsiri ilə Hertsl özünün məşhur "Yeni Getto" tamaşasını qələmə almış və burada Vyanada yaşayan yəhudilərin real təhlükəsizlik problemləri ilə üzləşməsindən bəhs etmişdir. Bu tamaşanın əsas qəhrəmanı Qərb yəhudilərinin məruz qaldığı sosial gettonu uğursuz şəkildə qırmağa çalışan assimilyasiyaya məruz qalmış bir yəhudi vəkildir.
İngilis jurnalist Henri Vikhem Stidin verdiyi məlumata əsasən Hertsl ilkin mərhələdə "Yəhudi-Alman assimilasiyalaşmış doktrinasına son dərəcə bağlı" siyasi düşüncə tərzinə sahib idi.The Habsburg Monarchy (London 1914), p. 188 Buna baxmayaraq, Hertsl sonradan özünün bu ilkin fikirlərindən imtina etmiş və etnik yəhudilərin assimilyasiyaya məruz qaldığını deyərək onların Avropanı tamamilə tərk etməli olduğu fikrini irəli sürmüşdür.Rubenstein, Richard L., and Roth, John K. (2003). Approaches to Auschwitz: The Holocaust and Its Legacy, p. 94. Louisville. Kentucky: Westminster John Knox Press. . Hertsl belə düşünürdü ki, antisemitizmin qarşısını almaq və ya onu "müalicə etmək" mümkün deyil və bu məsələni həll etməyin yeganə yolu müstəqil yəhudi dövlətinin əsasının qoyulmasından ibarətdir. 1895-ci ilin iyun ayında öz gündəliyində belə yazırdı: "Bunu deməliyəm ki, mən Parisdə daha sərbəst antisemitizm meylləri müşahidə etdim. Hər şeydən öncə bunu da qeyd etmək vacibdir ki, mən antisemitizmlə mübarizənin mənasız cəhd olduğunu qəbul etməliyəm."Vital, 'A People Apart,' vol. 2, p. 439 Hertslın işlədiyi Vyana mərkəzli "Neue Freie Presse" qəzeti isə onun sionist siyasi cərəyanını təbliğ edən istənilən bir məqaləsini yayımlamaqdan qəti surətdə imtina etdi. Hertsl bütün bu hadisələrdən sonra ədəbiyyat sahəsində uğurlarını davam etdirmək və ictimai fiqur kimi hərəkət etmək arasında seçim etmək məcburiyyətində qalmışdı.Royal Commission on Alien Immigration, 'Minutes of Evidence', 7 July 1902, p. 211 Təxminən bu hadisələrlə eyni zamanlarda "Yəhudi dövləti" haqqında özünün kiçik həcmli broşüralarını qələmə almağa başladı. Hertsl sonradan açıqlayırdı ki, onun bu yazıları sionist hərəkatının əsasının qoyulmasında və bu siyasi hərəkatın yüksəlib uğur qazanmasında mühüm rol oynamışdır.
Hertsl 1895-ci ilin sonlarında özünün "Yəhudi Dövləti" adlı əsərini yazdı və həmin əsər 1896-cı ilin fevralında nəşr olundu. Bu kitabda yəhudilərin Avropanı tərk edib özlərinin tarixi məskəni olan Fələstinə yerləşməli olduğu qeyd olunmuşdu.Cleveland, William L., A History of the Modern Middle East. Boulder, CO: Westview, 2004. Print. p. 224 Bu əsər yəhudilərin milliyətçilik fikirlərinin oyanmasında və onların Fələstinə qayıdaraq özlərinə müstəqil dövlət yaratmaq ideyasının yaranmasında mühüm rol oynadı. Yalnız müstəqil yəhudi dövləti sayəsində onlar antisemitizmdən xilas ola və heç bir təhdid olmadan öz dini rituallarını yerinə yetirə bilərdilər. Hertslın ideyaları dünya yəhudiləri arasında sürətlə yayıldı və beynəlxalq diqqəti özünə cəlb etməyi bacardı.Chief Rabbi of Vienna, Moritz Gudemann, "Since the Destruction of the Second Temple, the Jews have ceased to be a political-national identity", from Gudemann, National Judentum, (1897);M Graens, 'Jewry in Modern Period', in eds., Frankell & Zipperstein, p. 162 Hovevey Sion kimi mövcud sionist hərəkatının tərəfdarları da dərhal Hertslın ideyaları ətrafında birləşməyə başlasa da, ortodoks yəhudilər və qeyri-yəhudi cəmiyyətə inteqrasiya etmək fikrində olan yəhudilər onun bu ideyasına qarşı çıxdılar.Herzl and the rabbis , Haaretz
Yəhudi vətənə baxış thumb|185px|right|Teodor Hertsl (mərkəzdə) sionist nümayəndə heyəti ilə birlikdə Yerusəlim şəhərində, 1898-ci il. Hertsl özünün "Yəhudi Dövləti" adlı kitabında belə yazırdı:
Osmanlı ilə diplomatik əlaqələri Hertsl öz ideyalarını yaymağa başladıqdan sonra istər yəhudi, istərsə də qeyri-yəhudi cəmiyyətin müəyyən bir hissəsi tərəfindən dəstəkləndi. Tarix araşdırmaçısı Norman Rouza görə "Hertsl "yəhudilərin Parnelli kimi" (Çarlz Stüart Parnell irlandların azadlığı uğrunda mübarizə aparmış milliyətçi siyasətçi idi) özünü bu ideya uğrunda qurban verməyə hazır idi."Norman Rose, A Senseless, Squalid War: Voices from Israel, 1945–1948, The Bodley Head, London, 2009, p. 2)