() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Təsviri Qartal boyda iri yırtıcıdır (5-6 kq). Qanadları ensiz uzundur. Quyruğu uzun və pazvaridir. Çənəsinin altında sərt qıl lələklərdən ibarət "saqqal" var. Ona görə də ona saqqallı qartal da deyirlər. Bel tərəfi göyümtül-boz, qarın tərəfi isə kürən, başı və boynu açıq rənglidir.
Yayılması Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağların alp və nival qurşaqlarında nəsil verir. Oturaq yaşayır. Yaşayış yeri və həyat tərzi: Sıldırım qayalığı xoşlayır, yem üçün alp və subalp çəmənliyinə uçur. Son illərdə Naxçıvanda Arazboyu sıldırım qayalıqda ilin bütün fəsillərində tək-tək olur, lakin yuvası tapılmayıb. Qışda (dekabr) sıldırım qaya üzərində yuva tikir. Eyni yuvadan uzun illər istifadə edir. Yanvar ayında 1-2 ədəd qonur ləkəli ağımtıl yumurta verir, 55-60 gün kürt yatır. İki bala çıxarmış ana quş zəif balanı yeyir, 1 bala böyüdür. İyul ayında pərvaz balası müşahidə olunur. Adama qarşı çox həssasdır, ehtiyatlı davranır. Ovunu havada süzməklə axtarır. Əsas yemi leşdir. “Quzugötürən” adlansa da heç bir ev heyvanına hücum etməsi qeyd edilməyib.
Sayı və azalma səbəbi XIX əsrdə adi saylı, XX əsrin ortalarında nadir olub, 1990-cı illərdə kritik vəziyyətə düşmə təhlükəsi yaranıb. XX əsrin axırında 52 quş sayılıb, son 10 ildə isə 13 quş qeyd edilib. Böyük Qafqazın Azərbaycana məxsus yüksək dağlıq hissəsində 5 cüt qalıb.
Məhdudlaşdırıcı amillər Uzun illər heyvandarlığa zərərli bilib təqib edilməsi, sonra da ovçuların rəqibi kimi tələf edilməsi, yem bazasının zəifləməsi.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması qadağandır. Zaqatala və İlisu Dövlət Təbiət Qoruqlarında, Şahdağ, Zəngəzur və Göygöl Milli Parklarında nəzarət altında saxlanılır. Azərbaycan Respublikasının və Naxçıvan MR-in Qırmızı kitablarına daxil edilib. Bakı zooparkında nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Qoruqların ərazisindən kənarda olan yuva sahələrinə təbiət abidəsi statusunun verilməsi, süni şəraitdə yetişdirilib təbiətə buraxılması, yem bazasının qorunması.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avropa faunası Kateqoriya:Afrika quşları Kateqoriya:Avrasiya quşları Kateqoriya:İran mifologiyası Kateqoriya:Tibet quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Avropa quşları Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar