Cessi Ceni () — amerikalı pornoaktrisa və model.

Həyatı Ceni hərbçi atanın övladı olaraq ABŞ-nin Orta Qərb ştatlarında müxtəlif hərbi bazalarda böyüyüb. Uşaqlığından rəqs kurslarına yazılıb və Kanzas ştatının Rose Hill şəhərində lisey təhsili zamanı məktəbində Çirlidinq seçilib. Ceni orta məktəbi Oklahoma ştatının Mur şəhərində bitirib. 17 yaşında bir huter qızı kimi ilk işinə girib, daha sonra isə, 19 yaşında Havay Tropikində yeni işə düzəlib.

Şəxsi həyatı 2000-ci ildə Cenin bir oğul dünyaya gətirib. O, eyni zamanda porno ulduz olan Rik Patriklə 2007-ci ildə evlənib. Bu ildən sonra Ceni əri ilə Oklahoma şəhərində yaşamağa başlayıb.

Ceni özünü biseksual kimi təsvir edib. 2004-cü ildə Ceni Hovard Stern Şouda uşaqlıq boynu xərçənginə görə histerektomiya keçirdiyini açıqlayıb.

Ölümü 24 yanvar 2024-cü ildə Ceni və onun sevgilisi Brett Hasenmuller Oklahoma ştatının Mur şəhərindəki evlərində həddindən artıq dozada narkotikdən ölü tapılıb.

Filmoqrafiya

Eksklüziv pornoqrafik filmlər 2005 – Quldurlar 2007 – Uşaq baxıcıları 2008 – Quldurlar 2: Stagnettinin qisası 2008 – Çirliderlər 2010 – Bədən istiliyi 2011 – Otaq yoldaşı

Qeyri-pornoqrafik filmlər 2011 – Baki Larson: Ulduz olmaq üçün doğulub 2010 – Oyun başlasın 2009 – Orta yaşlı kişilər 2009 – Qardaş partiyası 2005 – Ətraf 2003 – Bayvaç: Havay toyu

İstinadlar

Kateqoriya:Biseksual qadınlar Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:ABŞ pornoaktrisaları Kateqoriya:ABŞ-də LGBT şəxslər Kateqoriya:XXI əsr ABŞ aktrisaları