Lüter Corc Simciyan (; ) — əslən Osmanlı ermənilərindən olan ABŞ ixtiraçısı və sahibkarı. Məhsuldar və peşəkar ixtiraçı olan Simciyan əsasən optika və elektronika ilə bağlı 200-dən çox patentə sahibdir. Onun ilk bankomatı ixtira etdiyi iddia edilir, lakin bu, mübahisəli mövzu olaraq qalır.
O, həmçinin uçuş simulyatoru, özünə fokuslanan kamera, teleprompter və bir çox başqa qurğular kimi müxtəlif cihazların patentlərinə sahibdir.
Həyatı 1905-ci ildə Osmanlı imperiyasının Antəp şəhərində anadan olmuşdur. Simciyan 1915-ci ildə ailəsi ilə Hələbə qaçmış, burada 5 il yaşamışdır. O, gənc yaşlarında Beyruta, oradan Fransaya köçmüş, 1920-ci ilin sonunda isə Konnektikut ştatının Nyu-Heyven şəhərinə yerləşmişdir.
Ömrünün sonlarına doğru Simciyan Florida ştatının Fort-Loderdeyl şəhərində kiçik bir tədqiqat laboratoriyası tikmiş və burada çalışmışdır. O, 23 oktyabr 1997-ci ildə vəfat etmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat
Xarici keçidlər Inventor of the Week Archive - MIT: Picture of Simjian in article Photoreflex web site
Kateqoriya:ABŞ ixtiraçıları Kateqoriya:ABŞ erməniləri Kateqoriya:Fotoqrafiyanın qabaqcılları Kateqoriya:Osmanlı imperiyasından ABŞ-yə mühacirət edənlər