Aminofilin — 2:1 nisbətində etilendiamin ilə bronxodilatator teofillinin birləşməsi. Etilendiamin həllolma qabiliyyətini yaxşılaşdırır və aminofilin adətən dihidrat şəklində tapılır.

Aminofillin teofilindən daha az effektivdir və təsir müddəti daha qısadır. Ən çox astma və ya ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) səbəb olduğu tənəffüs yollarının obstruksiyasının müalicəsində istifadə olunur. Aminofillin qeyri-selektiv adenozin reseptorlarının antaqonisti və fosfodiesteraza inhibitorudur. Tibbi istifadəsi

Eufillin venadaxili olaraq astma və AXOX, amfizem və xroniki bronxit kimi digər xroniki ağciyər xəstəliklərində simptomların kəskin ağırlaşması və geri dönən tənəffüs yollarının obstruksiyası üçün istifadə edilə bilər. O, inhalyasiya edilmiş beta-2 selektiv aqonistlərinə və sistematik olaraq tətbiq edilən kortikosteroidlərə əlavə olaraq istifadə olunur.

Aminofilin nüvə kardiologiyası stress testləri zamanı reqadenoson, dipiridamol və ya adenozinə əsaslanan infuziyaları ləğv etmək üçün istifadə olunur. Aminofilinin kompleks ürək-damar müdaxilələri [sağ koronar arteriya aterektomiyası] zamanı ürək dərəcəsinin yavaşlamasının qarşısını almaqda da təsirli olduğu sübut olunub.

Kəskin aşağı miokard infarktı səbəbiylə ürək çatışmazlığı müalicəsində də istifadə olunur. Bu da ürək dayanmasına səbəb ola bilər.

Aminofilin krem (yerli) şəklində yağ azaldıcı vasitə kimi istifadə olunur.

Aminofilin anafilaktik şokun müalicəsiddə istifadə olunur.Blackbourne LH. Surgical Recall. Lippincott Williams and Wilkins, 2009. pp169

Ürək dayanmasında istifadə edilməsi təklif edilsə də, sübutlar azdır. Yan təsirləri

Aminofilin teofillin toksikliyinə səbəb ola bilər. Aminofilinin propofolun sedativ təsirini azaltdığı və topiramatın qıcolmaya təsirini azaltdığı aşkar edilmişdir. Xüsusiyyətləri

Suda teofilindən daha yaxşı həll olunur. Yüngül ammonyak qoxusu və acı dadı var, ağ və ya bir qədər sarımtıl qranullar və ya toz şəklindədir. Hava ilə təmasda olduqda, o, tədricən etilendiamin itirir və sərbəst teofillinin sərbəst buraxılması ilə karbon dioksidi udur. Onun məhlulları qələvidir.

Spirt və efirdə həll olunmur. Farmakologiyası

Digər metilləşdirilmiş ksantin törəmələri kimi, aminofilin də həm:

Hüceyrədaxili siklik adenozin monofosfatı artıran, protein kinaz A-nı aktivləşdirən, TNF inhibitorunu və leykotrien sintezinə maneə törədən, iltihabı və anadangəlmə immuniteti azaldan rəqabət qabiliyyətli qeyri-selektiv fosfodiesteraza inhibitorudur. Qeyri-selektiv adenozin reseptor antaqonistidir.

Aminofilin toxumalarda siklik adenozin monofosfatın konsentrasiyasını artıran fosfodiesterazı bloklayaraq, bronxial genişlənməyə, diurezə, mərkəzi sinir sistemi və ürəyin stimullaşdırılmasına və mədə şirəsinin ifrazına səbəb olur, bu da öz növbəsində katekolaminlərin stimullaşdırılmasına kömək edir, glikogenoliz və qlükoneogenez, həmçinin böyrəküstü vəzilər hüceyrələrindən adrenalinin sərbəst buraxılmasına səbəb olur. Diurez (sidiyin əmələ gəlməsi və orqanizmdən ifraz edilməsi prossesi) mərkəzi sinir sistemində antidiuretik hormonun (arginin vazopressin) ifrazına maneə törədən cAMP-nin artması nəticəsində yaranır.

Aminofilin hüceyrə səthi reseptorlarında adenozinin ürək fəaliyyətini rəqabətli şəkildə antaqonlaşdırır. Beləliklə, ürək dərəcəsini və kontraktilliyini artırır. Satış adları:

Eufillin Fillokontin Trufilin Minimal R 175 mq tablet Minimal R 350 mq tablet Minimal SR 600 mq tablet Əks göstərişləri

kəskin ürək çatışmazlığı; stenokardiya; ürək ritminin pozulması; qaraciyər və ya böyrəklərin ağır disfunksiyası; epilepsiya; aminofilinə qarşı yüksək həssaslıq mədə və ya onikibarmaq bağırsağın xorası.

Həmçinin bax Aminopiridinlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə dərmanlar Kateqoriya:Dərmanlar