Elseid Husay () — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Latsio" və kapitanı olduğu Albaniya millisində sağ cinah müdafiəçisi kimi çıxış edir. Husay müdafiənin hər iki cinahında oynaya bilir.
Karyera Elseid anadan olandan iki ay sonra atası Gezim, 1990-cı illərdə iş və daha yaxşı həyat dalınca İtaliyaya köçən bir çox alban kimi İtaliyaya mühacirət edir. Elseidin özü anası və nənəsi ilə Şkoderdə qalır. Gezim Husay, İtaliyada futbol agenti Marco Pikkioli ilə görüşərək oğlunun oyununa baxmağı təklif etdi, lakin Elseidin cəmi 10 yaşı olduğu üçün Pikkioli Gezimə gözləməyi tövsiyə edir. Elseidin 14 yaşı tamam olanda İtaliyaya gedir və Pikkiolinin köməyi ilə, "Fiorentina" klubuda daxil olmaqla bir neçə baxışdan keçir, ancaq ona real maraq göstərən yalnız "Empoli" klubu olur.Udhëtimi magjik i Hysajt, që tashmë e kërkon Çelsi! Sport Ekspres
Empoli Hüsay "Emploi"nin əsas heyətinə ilk dəfə 2011/12 mövsümündə dəvət edilir və 9 oktyabr 2011-ci ildə "Empoli"nin "Varese" ilə qarşılaşmasında adı oyunun iştirak ərizəsinə daxil edilir. Ancaq Husay bu oyunda meydana çıxmır. Husay peşəkar səviyyədə ilk oyununu, 24 noyabr 2011-ci ildə İtaliya Kubokunda "Fiorentina"ya qarşı oyunda keçirdir.
2012/13 mövsümundən başlayaraq futbolçu "Empoli"nin əsas heyət oyunçusuna çevrilir. Husay 2012/13 mövsümündə 30-u B Seriyasında, 1-i İtaliya Kubokunda və 4-ü pley-off mərhələsində olmaqla 35 oyun keçirir. 19 sentyabr 2013-cü ildə Husay Empoli ilə müqaviləsini 2015-ci ilə qədər uzadır.Hysaj rinovon deri në vitin 2015 me Empolin aSport.info
Napoli 2015-ci ilin iyulunda Husay keçmiş komanda yoldaşı Mirko Valdifiori və məqşçisi Mauritsio Sarrinin ardınca 6 milyon avroya "Napoli" klubuna transfer edilir. Futbolçu "Napoli"ylə 5 illik müqavilə imzalayır.Hysaj gjen akord me Napolin! Sport EkspresHysaj signed for Napoli in Italian Napolisoccer.net O, 23 avqust 2015-ci ildə səfərdə 2–1 hesablı məğlubiyyətlə başa çatan Sassuolo ilə açılış liqa matçında klubda debüt edir.
Latsio 2021-ci ildə futbolçu "Latsio" klubuna transfer edilir.
Karyera statistikası
+Klub, mövsüm və yarışlara görə oyun və qol sayıKlubMövsümLiqaKubokAvropaDigərToplamDivizionOyunQolOyunQolOyunQolOyunQolOyunQolEmpoli2011–12B Seriyası0010——102012–1334010——3502013–1432120——3412014–15A Seriyası36030——390Toplam102170——1091Napoli2015–16A Seriyası3701050—4302016–173503070—4502017–1835020100—4702018–192701070—3502019–202014000—2412020–21240302000290Toplam1791140310002251Latsio2021–22A Seriyası2912070—3812022–232301080—320Toplam52130150—701Karyerasında Toplam3333240460004023
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:Empoli FK futbolçuları Kateqoriya:Napoli FK futbolçuları Kateqoriya:Latsio FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:İtaliya B Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Vlazniya FK futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular