Gilahoba — Azərbaycan Respublikasının Qusar rayonunun Gilahoba kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Gilahoba kəndi Gilah kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Gilahoba kənd Soveti yaradılmışdır.
Toponimikası Kəndin ərazisi Gilah kəndinə məxsus oba yeri olmuşdur. Keçən əsrin 30-cu illərində Gilah kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır.
Coğrafiyası və iqlimi Kənd Qusar maili düzənliyində yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 469 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
Həmçinin bax
Kateqoriya:Qusar rayonunun kəndləri