Ramil Əhmədov (tam adı: Əhmədov Ramil İlqar oğlu; 6 may 1988, Res Prijevalsk, Qırğızıstan SSR, SSRİ) — Dəfələrlə Azərbaycan çempionu, əməkdar idman ustası, Prezident mükafatçısı, Pauerliftinq üzrə 7 qat dünya və 10 qat Avropa çempionu, Azərbaycan Pauerliftinq Federasiyası (APF) yığma komandasının üzvü.

Ramil Əhmədov 2024-cü ildə 7 qızıl, 3 gümüş və 2 bürünc mükafatı qazanmışdır. Həyatı Ramil İlqar oğlu Əhmədov 1988-ci il 6 may tarixində Qırğızıstan SSRİ-nin Res Prijevalsk şəhərində anadan olub. Təhsili 1994-2003-cü illərdə Bakı şəhəri 153 sayl orta məktəbdə təhsil almış Ramil Əhmədov, 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olaraq 2006-cı ilə qədər təhsilini burada davam etdirmişdir. 2006-c ildə Azərbaycan Texniki Universitetinə daxil olan Ramil Əhmədov 2010-cu ildə universiteti bitirmişdir.

Hərbi xidməti Ramil Əhmədov 2010-cu ildə universiteti bitirdikdən sonra, hərbi xidmətə yollanıb, Goranboy rayonu "N" saylı hərbi hissədə 2011-ci ilə qədər hərbi xidmətini çəkmişdir. 2011-2012-ci illərdə Azərbaycan Daxili İşlər Nazirliyi, Azərbaycan Daxili Qoşunları və Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində çalışmışdır.

Karyerası 2007-ci ildən peşəkar idmanla məşğul olan Ramil Əhmədov ölkə birinciliklərində iştirak edib, dəfələrlə Azərbaycan çempionu, Pauerliftinq üzrə 7 qat dünya və 10 qat Avropa çempionu olub. Onun idman sahəsində əldə etdiyi nailiyyətləri aşağıdakılardır:

2012-ci il, may. Rusiya, Soçi. İPA Federasiyası. Avropa Çempionatı 2014-cü il, may. Azərbaycan, Bakı. WPC Federasiyası. Avropa Çempionatı 2015-ci il, aprel. Gürcüstan, Tiflis. GPA/IPO Federasiyası. Avropa Çempionatı (90 kq) 2015-ci il, iyun. Latviya, Riqa. WPC Federasiyası. Avropa Çempionatı (82.5 kq) 2016-cı il, iyun. İngiltərə, Stok-And-Tend. WPC Federasiyası. Avropa Çempionatı (90 kq) 2016-cı il, iyun. ABŞ, Luiziana. WPC Federasiyası. Dünya Çempionatı (90 kq) 2017-ci il, may. Azərbaycan, Naxçıvan MR. Ulu Öndər H.Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turniri 2017-ci il. Rusiya, Moskva. WPC Federasiyası. Dünya Çempionatı (90 kq) 2018-ci il. Rusiya, Moskva. WPC Federasiyası. Avropa Çempionatı (100 kq) 2018-ci il, may. Azərbaycan, Bakı. Ulu Öndər H.Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turniri 2018-ci il, iyul. Fransa, Pant-De-Lex. WPC Federasiyası. Avropa Çempionatı. Mütləq çempionluq ve avropa rekordu (100 kg) 2019-cu il, 10-12 may. Rusiya, Sankt-Peterburq. WPC Federasiyası. Avropa Çempionatı (100 kg) 2019-cu il, 17-19 may. Konstantin Konstantinovun adına beynəlxalq turniri. WRPF Federasiyası. 2019-cu il, 29 may- 1 iyun. Ümummilli Lider H.Əliyevin 96 illik xatirəsinə həsr olunmuş kişilər və qadınlar arasında pauerliftinq beynəlxalq turniri. 2019-cu il, 20-22 sentyabr. Azərbaycan Kuboku 2019-cu il, 26-27 oktyabr. Rusiya, Sankt-Peterburq. WRPF versiyası üzrə Cənubi Avropa Çempionatı 2019-cu il, 4-8 dekabr. Rusiya, Moskva. WRPF versiyası üzrə Dünya Çempionatı (100 kg) 2021-ci il, 6-9 may. Rusiya, Moskva. Avropa Çempionatı (100 kg) 2021-ci il, 17-19 sentyabr. Azərbaycan, Bakı. Pauerliftinq, "BENCH-PRESS" VƏ "DEADLIFT" üzrə Azərbaycan Çempionatı 2021-ci il, 16-19 dekabr. WRPF Federasiyası. Dünya Çempionatı (100 kq) 2022-ci il, 10 aprel. Azərbaycan "STRONGMAN" Federasiyası. Azərbaycan Çempionatı 2022-ci il, 23-24 aprel. Konstantin Konstantinovun adına beynəlxalq turniri. WRPF Federasiyası. 2022-ci il, 22-26 iyun. Macarıstan. "WPC" üzrə Avropa Çempionatı. Mütləq avropa çempionu və yeni avropa rekordu (100 kq) 2022-ci il, oktyabr. Rusiya. WRPF versiyası üzrə Cənubi Avropa Çempionatı 2022-ci il, noyabr. ABŞ, Florida, Orlando. "WPC" üzrə Dünya Çempionatı (100 kq) 2023 cu il, 12-13 may. Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Açıq Azərbaycan kuboku, I yer (740 kq) 2023-cü il, 12-13 iyun. WRPF dünya kuboku, II yer və Rusiya, Sankt-Peterburqda 775 kq nəticə ilə yeni dünya rekordu 2023-cü il, 2-3 sentyabr. WPSO-a Açıq Avropa çempionlar çempionatında 780 kq nəticə ilə Qızıl medal qazanaraq I yerin qalibi olub. 2023-cü il, 9-10 sentyabr. Rusiya, Sankt-Peterburq. WRPF Şimali Avropa çempionatında 1 yerin qalibi və 3 yeni Dünya rekordu (790 kq) 2023-cü il, 13-15 oktyabr. İspaniya, Madrid. WRPF Arnold classic Europe turnirinin 827.5 kq nəticə ilə I yerin qalibi. 2023-cü il, 16-17 dekabr. WRPF Dünya cempionatı, Rusiya, Moskva. 820 kq ilə II yerin qalibi. 2024-cü il, mart. Qətər, Doha. Showdown 2024 turniri, Wilks əmsalına malik dünyanın ən güclü idmançıları (Wilks əmsalı idmançının öz çəkisi ilə onun həm məşqlərin birində, həm də triatlonun cəmində qaldırdığı çəki arasındakı nisbəti əks etdirir) 525.110 kq çəki dərəcəsində yarışaraq, dördüncü yerin qalibi olub. 2024-cü il, aprel. Rusiya, Sankt-Peterburq. WRPF versiyası üzrə Konstantin Konstantinov Memorialında həm çəki dərəcəsində, həm də ümumi hesabda, iki qızıl medalla çempion olub. 2024-cü il, may-iyun. Almaniya, Köln. Peşəkar divizionda ABC PRO seriyasından keçirilən turnirdə beşinci yerin qalibi. 2024-cü il, noyabr. Rusiya,Moskva. WRPF üzrə Dünya Pauerliftinq Çempionatında iştirak edərək, Raw bölməsində ümumilikdə 815 kq qaldıraraq üçüncü yerin qalibi. Deadlift yarışında isə 320 kq nəticə ilə ikinci yerin qalibi. 2024-cü il, oktyabr. İspaniya, Madrid. WPRF versiyası üzrə "Arnold klassik" Avropa Çempionatı (110 kq) 2024-cü il, dekabr. Rusiya, Moskva. Təchizatsız divizionunda "squat" üzrə 305, "bench" üzrə 202.5 və "deadlift" üzrə 320 kq çəkini qaldıraraq 3 hərəkətin cəmində 827.5 kq-la Dünya kubokunun qalibi olub. Həmçinin, 56 iştirakçı arasında topladığı çəki və rəqəm əmsalına görə 3-cü yerə çıxıb. 2025-ci il, 11-12 sentyabr. İspaniya, Madrid. WRPF PHL ARENA adlı beynəlxalq turniri elitar divizonda 835 kq nəticə I yer, Qızıl medal sahibi və mütləq qaliblər arasında 3-cü yerin qalibi. 2025-ci il, 28 oktyabr - 2 noyabr. Macarıstan, WPA dúnya cempionatı, squat hərəketində I yerin qalibi. 2026-cı il, 12-13 sentyabr. Azərbaycan Kubokunda I yerin sahibi və Mütləq qaliblər arasında 3 yerin qalibi olub.

Mükafatları 2018-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev tərəfindən ölkəmizi beynəlxalq yarışlarda təmsil etdiyinə görə Fəxri fərmanla təltif olunan Ramil Əhmədov, 2019-cu il 15 fevral tarixində Ramil Əhmədov Azərbaycanın əməkdar idman ustası adını alıb.

2019-cu ilin dekabr ayında Ramil Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qeyri-Olimpiya idman növlərinin (Pauerliftinq) inkişafında xüsusi xidmətlərinə görə Fəxri fərmanla təltif olunmuşdur.

İstinadlar

Xarici keçidlər Powerlifter Ramil Akhmad/Workout and Nutrition program “Zirvə”çi Ramil Əhmədov dünya çempionu oldu

Pauerliftinq Ramil Əhmədov ilə. Hissə 1: İntervyu

Kateqoriya:Pauerliftinq üzrə Avropa çempionları Kateqoriya:Pauerliftinq üzrə dünya çempionları Kateqoriya:Azərbaycan pauerliftinqçiləri