Qədəmgah qəbiristanlığı — İranda, Azərşəhr şəhristanının mərkəzi hissəsində, Badamyar kəndində yerləşən XV–XVI əsrlərə aid qəbiristanlıq. 21 mart 1968-ci ildə 780 qeydiyyat nömrəsi ilə İranın milli əsərlərindən biri kimi qeydiyyata alınmışdır. Bu qəbiristanlıq Azərşəhrdən 15 kilometr cənubda yerləşir. Orada dəfn edilənlərin çoxu Səfəvilər dövrünün şeyxləridir.
Həmçinin bax Qədəmgah mağarası
İstinadlar
Kateqoriya:İran qəbiristanlıqları Kateqoriya:İran abidələri Kateqoriya:Azərşəhr şəhristanı