II Janna (; ) — Fransa kralı V Filippin xanımı, Fransa kraliçası.Woodacre, Elena (2013). The Queens Regnant of Navarre: Succession, Politics, and Partnership, 1274–1512. Palgrave Macmillan O, eyni zamanda atası vasitəsilə Burqundiya qrafinyası, anası vasitəsilə isə Artes qrafinyası ünvanlarını miras aldı.

Janna 1287-ci ildə Burqundiya qrafı IV Otto və Artes qrafinyası Matildanın ən böyük qızı və varisi olaraq dünyaya gəldi. Uşaqlıq illəri haqqında yetərli məlumat yoxdur. 1295-ci ildə Fransa ilə bağlanan sülhə əsasən, böyük qardaşı Robert mirasdan məhrum edilmişdi və bu səbəblə, 1303-cü ildə atasının vəfatından sonra anasının naibəliyi altında Burqundiya qrafinyası oldu.

21 yanvar 1307-ci ildə Fransa kralı IV Filippin ikinci oğlu Uzun Filipplə evləndirildi. 1314-cü ilin əvvəllərində IV Filippin 3 gəlininin, eləcə də Jannanın adı Nesl skandalına qarışdı və müvəqqəti olaraq ev həbsinə alındı. Digərlərindən fərqli olaraq Jannanın günahsızlığı sübut edildi və parlament tərəfindən bəraət verildi. IV Filippin ölümünün ardından isə azadlığa çıxdı.

1316-cı ildə əri V Filipp adıyla Fransa taxtına əyləşdi və Janna Fransa kraliçası oldu.

Ərinin 1322-ci ildə ölümündən sonra Janna Burqundiyaya qayıtdı və burada yaşadı. 1329-cu ildə anasının vəfatından sonra Artes qrafinyası oldu ancaq 21 yanvar 1330-cu ildə Parisdə vəfat etdi. Onun bütün ünvanları isə 1318-ci ildə Burqundiya hersoqu IV Edoyla evlənən böyük qızı Jannaya miras qaldı. Beləcə, Burqundiya qraflığı və hersoqluğu birləşdi.

Mənbə Menache, Sophia (1998). Clement V. Cambridge, England: Cambridge University Press. p. 85. ISBN 0521592194 Echols, Anne; Williams, Marty, eds. (1992). An annotated index of medieval women. Markus Wiener Publishers. ISBN 9780910129275 George, Hereford Brooke (1875). Genealogical table illustrative of Modern History. Oxford at the Clarendon Press.

İstinadlar

Kateqoriya:Qadın hökmdarlar