Bakir Musa oğlu Haşımov — XX əsr Azərbaycan xanəndəsi.

Həyatı Qarabağ xanəndəlik ənənələrinin davamçısı olan Bakir Haşımov Uşaq vaxtlarından musiqiyə böyük həvəs göstərmiş, ustad xanəndələrdən eşitdiyi muğamları və təsnifləri böyük şövqlə el şənliklərində ifa etmişdi. 1950-ci illərdə Bakıda ADMM-də professional musiqi təhsili almışdır. Seyid Şuşinskinin sinfində bütün muğam dəstgahlarını öyrənmişdir.

Yaradıcılığı Bakir Haşımov yumşaq tembrli səsə malik idi, onun ifasında lirik xarakterli muğamlar xüsusi bir məlahətlə səslənir və sevilirdi. Həmin illərdə B. Haşımovun ifaçılığı bəstəkarlardan Fikrət Əmirovun və Niyazinin diqqətini cəlb etmiş və onu Azərbaycan Dövlət Opera və Balet Teatrına solist dəvət etmişlər. B. Haşımovun yaradıcılığının əsas hissəsi bu teatrla bağlı olmuşdur. O, səhnədə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında Məcnun, İbn Səlam, "Əsli və Kərəm" operasında Kərəm surətlərini böyük məharətlə ifa etmiş və xalqın yaddaşına həkk olunmuşdur.

İstinadlar

Xarici keçidlər Bakir Haşımov — Qarabağ Şikəstəsi — video Bəhram Mansurov — Bakir Haşımov haqqında — video Bakir Haşımov — Kuçələrə su səpmişəm — video Bakir Haşımov — Gözəlim Sənsən — video Bakir Haşımov — Yar Bizə Qonaq Gələcək — video

Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycanlı xanəndələr Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Ağdamda doğulanlar