Bayramkoxalı, Bayramkoxa — Azərbaycan Respublikasının Qəbələ rayonunun Bayramkoxalı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Coğrafiyaşünas alim Elxan Nuriyev ərazinin toponimiyasına aid elmi əsərində qeyd edir ki, kəndin əsas adı Bayramkovxalı olsa da get-gedə təhrif olunaraq bayramkoxa halına düşmüşdü. Kənddə insanların fəaliyyəti üçün real şərait var. Orta məktəb, tibb məntəqəsi, kitabxana və ticarət obyektləri sakinlərin ixtiyarındadır. Əhalinin ziyalılıq səviyyəsinə gəlincə təhsilin vəziyyəti ürəkaçandır. 1100 nəfərə yaxın insanın yaşadığı kəndin əhalisi taxıl əkir, heyvandarlıqla məşğul olur, tərəvəz məhsullarına isə hər bir ailə fərdi yanaşaraq zövqə və kəndin torpaq şəraitinə uyğun becərirlər.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Toponimikası Bayramkoxalı oyk., düz. Göyçayın sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonim Bayramkoxa (antrop.) və -lı (şək.) komponentlərindən düzəlib, kəndxuda, kəndin rəisi Bayram adlı şəxsin adı ilə bağlıdır. Koxa "kəndxuda" sözünün fonetik cəhətdən təhrif olunmuş variantıdır. Oykonim 1933-cü ildə Bayram Koxa variantında qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi Kəndin əhalisi 1039 nəfərdir.
Din Kənddə Bayramkoxa kənd məscidi dini icması fəaliyyət göstərirMÜSƏLMAN DİNİ İCMALAR - 2018-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az .
Həmçinin bax Qəbələ rayonu
Xarici keçidlər İnzibati Ərazi Vahidləri
İstinadlar
Kateqoriya:Qəbələ rayonunun kəndləri