Stanislav Françişek Sosabovski (; ) — Polşa ordusunun briqada generalı (sürgündə Polşa hökuməti). O, Hollandiya əməliyyatı zamanı Polşa qüvvələrinə komandanlıq etmişdir.

Erkən illəri Stanislav Françişek Sosabovski may 1892-ci ildə Avstriya-Macarıstan imperiyasının İvano-Frankovsk (indiki Ukrayna) şəhərində anadan olmuşdur. O, 11 yaşında olarkən dəmiryolçu atası vəfat etmişdir. Sosabovski məktəbdə oxuyarkən anasına fərdi dərslər verərək ailəsini dolandırmağa kömək etmişdir. Çətin həyat şəraitinə baxmayaraq, o, orta məktəbi əla qiymətlərlə bitirmişdir. Sosabovski təhsil aldığı müddətdə Polşa təşkilatlarının fəaliyyətində iştirak etmişdir. O, 1910–1912-ci illərdə Krakov İqtisadiyyat Akademiyasında təhsil almışdır. Sosabovski 1912-ci ildə ailəsinin maddi vəziyyətinin ağır olması ilə əlaqədar təhsilini yarımçıq qoyub doğma şəhərinə qayıtmış, burada Polşa atıcı dəstələrinin fəaliyyətində iştirak etmiş, 24-cü drujina komandiri olmuş və kadet hərbi rütbəsinə yüksəlmişdir. O, eyni zamanda, skaut hərəkatında iştirak etmişdir. Sosabovski 1913-cü ilə qədər öz şəhərində kəşfiyyatçılara rəhbərlik edirdi, lakin skautlara rəhbərlik edən Sokolski hərəkatının yerli hakimiyyət orqanları ilə münaqişə səbəbindən bu vəzifəni tərk etmişdir.

Mühacirət Stanislav Sosabovski İkinci Dünya müharibəsi başa çatdıqdan sonra 1946-cı ildə sürgündə qalmışdır. O, 1948-ci ilin iyulunda rəsmi olaraq tərxis edilmişdir. Sosabovski elektrik mühərrikləri, sonra televizorlar zavodunun anbarında fəhlə olmuşdur. O, 25 sentyabr 1967-ci ildə Londonda ürək tutmasından vəfat etmişdir. Sosabovskinin iş yoldaşları onun hərbi xidmətlərindən yalnız dəfn zamanı xəbər tutmuşdular. Onun külləri 1969-cu ildə Varşavada yerləşən Povazki Hərbi Qəbiristanlığında yenidən dəfn edilmişdir.

Populyar mədəniyyətdə Stanislav Sosabovski 1977-ci ildə çəkilmiş və Hollandiya əməliyyatını təsvir edən "Çox uzaq körpü" filmində Cin Hekman tərəfindən canlandırılmışdır.

İstinadlar

Əlavə ədəbiyyat

Honor Generała – documentary TV POLONIA 2008, directed by Joanna Pieciukiewicz

Xarici keçidlər

History of the family Sosabowski A Biography Sosabowski's wider role in the Anglo-Polish relations versus Soviet Union Generals of World War II

Kateqoriya:Polşa generalları